İqtisadi 29.11.2019 22:07

Bakıda 12 metrlik yeni avtobuslar şütüyəcək - FOTO

Noyabrın 30-dan Bakıda 12 metrlik yeni avtobuslar 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək.

Bakı Nəqliyyat Agentliyindən Rakus.az-a bildirilib ki, paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə dövlət başçısının müvafiq sərəncamı ilə alınan yeni avtobusların istismara verilməsinə başlanılıb. Təhlükəsizliyi, rahatlığı, ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BMC Procity” markalı avtobusların bir qismi ilk olaraq noyabrın 30-dan 125 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla əlaqədar 125 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemi də dəyişdirilib. Belə ki, bu xətt üzrə avtobusların hərəkəti 28 May – Lökbatan qəsəbəsi olmaqla təşkil edilib. Bununla da 123 mindən çox sakini olan Lökbatan qəsəbəsinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olunub. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Sərnişinlərin “BakıKart” əldə etməsi, eləcə də kartın balansının artırılmasını asanlaşdırmaq məqsədilə qəsəbə ərazisində terminallar quraşdırılıb.

Marşrut xəttindəki yeniliklə əlaqədar, Lökbatan qəsəbəsində tədbir keçirilib. Bakı Nəqliyyat Agentliyinin IDEA İctimai Birliyi ilə birgə təşkil etdiyi tədbirdə yeni avtobuslar Lökbatan sakinlərinə təqdim olunub. Sakinlərin çoxdan gözlədiyi xəbəri sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdləri çatdırıb. Yeni avtobusların qəsəbəyə gəlişi bayram əhval-ruhiyyəsi ilə qarşılanıb. Heydər Əliyev Parkının qarşısındakı meydana toplaşan sakinlər son illər ictimai nəqliyyatda həyata keçirilən yeniliklərin vətəndaşların rahatlığı baxımından əhəmiyyətli olduğunu bildiriblər. Bütün bunların dövlət başçısının diqqət və qayğısı sayəsində reallaşdığını vurğulayıblar.

Tədbir çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli Xüsusi İnternat Məktəbinin şagirdlər üçün IDEA heyvanlara qayğı mərkəzinə tanışlıq turu təşkil edilib. Mərkəzin fəaliyyəti ilə tanış olan uşaqlara yol hərəkəti və ictimai nəqliyyatda davranışla bağlı təlim də keçirilib. Həmçinin Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Agentləri” könüllüləri tədbirdə iştirak edərək uşaqlara dəstək olub və onları məlumatlandırıblar.

125 nömrəli müntəzəm marşrut xətti üzrə məlum dəyişikliyi nəzərə alaraq vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər. Belə ki, baş vermiş sürüşmə səbəbindən Bibiheybət-20-ci sahə Bayıl ərazisində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Vətəndaşlar şəxsi nəqliyyat vasitəsilə deyil, məhz ictimai nəqliyyatdan istifadə etməklə qeyd edilən yolda hərəkət intensivliyinin artmasına töhfə vermiş olacaqlar.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO