Sosial 01.08.2019 16:00

Bakıda 22 yeni yaşayış massivi qazlaşdırılacaq

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin 5 inzibati rayonunda qazlaşdırma işlərinin aparılması nəzərdə tutulub.

Rakus.az xəbər verir ki, birlikdən bildirilib ki, proqram üzrə Bakının Binəqədi, Xəzər, Suraxanı, Sabunçu və Qaradağ rayonlarında 22 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Bu genişmiqyaslı işə cari ilin sentyabrında başlanılması və mümkün qədər qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

Məntəqələrin adı  Yeni massivlərin adları
28 May qəsəbəsi Dəmir yolunun alt və üst hissəsində yeni massiv
Binəqədi qəsəbəsi Duzlu göllə üzümlük plantasiyası arasında yerləşən yeni massiv
Biləcəri qəsəbəsi Aslanov küçəsindəki və 4 saylı “Ev Tikmə”Kombinatına gedən yolun sol tərəfindəki ərazilərə düşən yeni massiv
Xəzər rayonu
Binə qəsəbəsi “Atçılıq” adlandırılan ərazidə badam bağlarının ətrafında yeni massiv
Keçmiş Hövsan südçülük sovxozunun ərazisində “Lələtəpə” adlandırılan məhəllədə yeni massiv
“Kanalüstü” adlandırılan ərazidə yeni massiv
Buzovna qəsəbəsi Şüvəlan-Buzovna yolunun sağ tərəfindəki, “Albalılıq” və “Təmənis” adlandırılan ərazilərə düşən yeni massiv
Şüvəlan qəsəbəsi Zirə-Pirallahı yolunun sol tərəfində yeni massiv
“Şüvəlan gülçülük sovxozu”, “Mayak” və “Şimal DRES” adlandırılan ərazilərə düşən yeni massiv
Qaradağ rayonu
Qobustan qəsəbəsi “1-ci massiv”, “1-a massivi” və “2-a massivi” adlandırılan ərazilərə düşən yeni massiv
“1-ci təzə yurd” adlandırılan yeni massiv
Şıxlar qəsəbəsi “Şıxlar” adlandırılan ərazidə yeni massiv
Heybət qəsəbəsi “Heybət stansiyası” adlandırılan ərazidə yeni massiv
Sabunçu rayonu
Kürdəxanı qəsəbəsi “Yeni məhəllə” və “Ləhiş bağları” adlandırılan ərazilərdə yeni massiv
Ramana qəsəbəsi D.Bünyadzadə küçəsində gölün yaxınlığındakı və “Şuşa şəhərciyi” adlandırılan ərazilərə düşən yeni massiv
Maştağa qəsəbəsi “Savalan”, “Yeni məhəllə” və “Xanlar” adlandırılan ərazilərə düşən yeni massiv
“Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv
Zabrat qəsəbəsi “Dağüstü” adlandırılan ərazidə yeni massiv
Nardaran qəsəbəsi “Ləhiş bağları” adlandırılan ərazidə yeni massiv
Suraxanı rayonu
Zığ qəsəbəsi Əmircan-Hövsan yolunun 5-ci kilometrliyinin sağ tərəfindəki və “Dədə Qorqud” adlandırılan əraziyə düşən yeni massiv
Hövsan qəsəbəsi Hövsan-Türkan yolunun sol tərəfindəki ərazidə yeni massiv
Yeni Suraxanı qəsəbəsi Dəmir yolunun yaxınlığındakı ərazidə yeni massiv

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ölkə başçısının 2018-ci il 22 dekabr tarixli Fərmanı ilə Bakı şəhərinin bir sıra yeni yaşayış massivlərinin qazlaşdırılması tədbirlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən SOCAR-a 30 milyon manat vəsait ayrılıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO