Gündəm 14.09.2024 21:59

Bakıda 3-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub.

Rakus.az xəbər verir ki, tədbir Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə təşkil edilib.

Açılış mərasimində M.Ə.Rəsulzadə qəsəbə  bələdiyyəsinin sədri Hümbət Hüseynov, MEDİA Agentliyinin nümayəndəsi Elşən Ağayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi sektorunun  nümayəndəsi Elvin Quliyev, şair publisist Müzahim Mehvalıoğlu,  Çaykənd, Əmirxeyir Kənd icmalarının sədrləri Əflatun Abdullayev, Məmməd Qələndərli, tanınmış alim, dünya şöhrətli cərrah Məcid Məsimov, tanınmış futbol mütəxəssisi Alı müəllim, turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov, iştirakçı komandaların təmsilçiləri, hərbçilər, mətbuat, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov turnir iştirakçılarını salamlayıb və bildirib ki, Azərbaycan tarixən çətinliklər görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib: “Bu sırada jurnalistlərimiz də var. Ərazi iddiası ilə Azərbaycanı münaqişəyə cəlb edən mənfur ermənilər tərəfindən ümumilikdə 9 media nümayəndəmiz şəhid olub, mina terrorunun qurbanı olub. 1-ci və 2-ci Qarabağ savaşında canlarını fəda etmiş insanların xatirəsi hər zaman əzizdir və bizlər bütün qələbələrimizə görə məhz onlara borcluyuq. Turnirin təşkilində də məqsəd həm şəhidləri yad etmək, həm də idmanın təbliğidir”.

Ə.İbrahimov şəhid həmkarlarının xatirəsinə keçirilən futbol şöləninin ənənəvi xarakter aldığını, Qəhrəman Azərbaycan övladlarının Vətən yolunda xidmətlərinin təqdir olunduğunu söyləyib. O deyib ki, bu turnir məhz belə insanların heç zaman unudulmaması, Məhərrəm və Siracın timsalında şəhidlərin  qəhrəmanlıq nümunələrinin yaşadılması və təbliği baxımından önəmli bir layihədir: “Bu il turnirdə komandalar Qərbi Azərbaycana məxsus tarixi yer adları ilə təmsil olunurlar. Biz əzəli torpağımız olan Qarabağımıza qovuşduqsa, inşallah doğma Qərbi Azərbaycanımız da qovuşacaq”.

M. Ə. Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov deyib ki, hər bir azərbaycanlı bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalıdır. O, Məhərrəm İbrahimovu  həmişə Vətənə, dövlətə sadiq, öz peşəsinə ləyaqətlə xidmət edən, hərbi jurnalist kimi bütün qaynar nöqtələrdən reportajlar hazırlayan bir şəxs kimi xatırladığını bildirib.

MEDİA Agentliyinin nümayəndəsi Elşən Ağayev əvvəlcə turnirin təşkilatçılarına təşəkkür edib. O, istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə şəhid olan jurnalistlərin qarşısında baş əyərək söyləyib ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycan əsgəridir: “Hər birimiz ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Əminəm ki, öz borcunu yerinə yetirən zaman şəhid olan insanların ruhu şaddır. Çünki ərazi bütövlüyümüz təmin olunub”.

O, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.

Bakı şəhər Gənclər və İdman İdarəsinin Binəqədi sektorunun nümayəndəsi Elvin Quliyev turnirin əhəmiyyətindən söz açaraq bildirib ki, idman ən böyük mədəni siyasətdir və ötən il Qərbi Azərbaycan, İrəvan, Zəngəzur, Göyçə, Loru-Borçalı, Qaraqoyunlu, Çəmbərək və Ardanış kimi qədim Oğuz yurdlarını təmsil edən komandalar iştirak etməsi, bu il iştirakçıların əsasən media nümayəndələrindən, hərbçilərdən və veteranlardanın ibarət olması böyük Azərbaycanın birliyinə töhfədir: “Məhz hər müxtəlif sahələrdə çalışan insanlardan təşkil olunan birliyimiz, bütövlüyümüz, həmrəyliyimiz üçün çox əhəmiyyətlidir”.

Tanınmış cərrah, professor Məcid Məsimov deyib ki, Vətənin müdafiəsində hər zaman ön sırada olan hərbçilərimiz kimi, fədakar jurnalistlərin fəaliyyəti təqdir olunmalıdır. O, hərbi həkim kimi əsgər və zabitlərimizin, eləcə də mətbuat işçilərinin şücaətlərinin şahidi olduğunu söyləyib: “Bu gün qalib ölkəmizin vətəndaşları olaraq şəhidlərimizin əziz xatirəsini anmaq mənəvi borcumuzdur. Bu mənada şəhid jurnalistlərin xatirəsinə təşkil olunan bu turnirin böyük əhəmiyyəti var. Mən turnirin  iştirakçılarına xətasız, zədəsiz maraqlı oyun nümayiş etdirmək arzulayıram”.

Şair-publisist Müzahim Mehvalıoğlu iştirakçılara uğurlar diləyərək bildirdi ki, inşallah, bu turnirin növbəti illərdə Qərbi Azərbaycanda, Göyçədə keçiriləcəyini arzulayıram.

Çaykənd İcmasının sədri Əflatun Abdullayev turniri yüksək qiymətləndirərək, iştirakçı komandaların arasında Qərbi Azərbaycanı təmsil edən komandaların olması həm tarixi məkanlarımıza sahib çıxmaq, həm də təbliği baxımından faydalı təşəbbüs olduğunu diqqətə çatdırıb, iştirakçılara uğurlar arzulayıb.

Əmirxeyir kənd İcmasının sədri Məmməd Qələndərli şəhidlərin xatirəsinə keçirilən bütün tədbirlərin əhəmiyyətli olduğunu, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin tarixi hadisə olduğunu söyləyib, şəhid jurnalistlərin xatirəsinə təşkil olunan turnirin böyük əhəmiyyət daşıdığını bildirib, şəhidlərə Allahdan rəhmət diləyib.

Tanınmış futbol mütəxəssisi Alı Alıyev turnir iştirakçılarını salamlaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün tam bərpa olunduğunu vurğulayıb.

O, hər bir azərbaycanlının bütün şəhidlərin, o cümlədən şəhid jurnalistlərin xatirəsini daima əziz tutmalı olduğunu, şəhidlərimizin əbədi olaraq qəlblərdə yaşayacağını qeyd edib.

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov şəhidlərə Allah rəhmət diləyərək, yarış iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub.

Topa rəmzi ilk toxunuşu təşkilatçı adından Əsgər İbrahimov, media adından Murad Əliyev, veteran futbolçular adından İsrail İsmayılov ediblər.

Açılış mərasimindən sonra A və B qrupunda 2 qarşılaşma baş tutub. Meydana ilk olaraq “Report” və “Veteranlar” komandaları çıxıb. Görüş ikincilərin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupu üzrə günün 2-ci qarşılaşmasında isə “Cənclər 2020”  “Qoşabulaq”a 5:3 qalib gəlib.

Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimovSirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparacaq. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir.

“Mister Tum”, “Sultan keramik” və “Bee Tours” şirkətlərinin tərəfdaşlığı ilə keçirilən Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini Azərbaycan Dövlət Televiziyası (AzTv), Baku TV, AZƏRTAC, “Report” İnformasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytaları verir. Bu il turnirdə 12 komanda – “Ardanış, AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”,  “Hərbçilər”, “Gənclər”, “Qoşabulaq” və “Göyçə” adı altında mübarizə aparır. Turnirdə Azərbaycan mediasını 4 komanda təmsil edir. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var.

Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və sentyabrın 14-də başlayıb oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penalti təyin olunacaq. AFFA hakimlərinin idarə edəcəyi turnirin Təşkilat Komitəsi iştirakçı komandaların nümayəndələrindən təşkil olunur və hər bir problemli məsələ komitə tərəfindən verilən qərarla həll edilir. Komandaların 12 nəfərlik heyətində yarış başa çatanadək heç bir dəyişiklik reallaşdırılmır.

Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir və AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub.

   

 

 

 

 

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO