Sosial 12.11.2019 15:43

Bakıda bu ərazidə yaşamaq təhlükəlidir  - VİDEO

 

Bakının Sabunçu rayonunda magistral neft kəmərinin mühafizə zolağına aid ərazidə yaşayış evləri tikilib.

Rakus.az xəbər verir ki, ekspertlər bildiriblər ki, belə ərazilərdə tikinti aparmaq qanunsuz olmaqla yanaşı, vətəndaşların həyatı üçün təhlükəlidir. Belə ki, 25 saylı Cəbrayıl məcburi köçkün məktəbinin arxasındakı küçədə yerləşən bu tikililər neft borularına çox yaxın, hətta bəzən bitişik və yeraltı kəmərlərin üzərində tikilib.

İnsanlar bu cür ərazilərdə məskunlaşdığı üçün uşaqlar neft borularının arasında oynayır, hər an həyati təhlükə ilə üz-üzə dayanırlar.

Vəkillər Kollegiyasının üzvü İlhamə Həsənova deyib ki, qanunvericiliyə əsasən, magistral neft kəmərlərinin 50 metr, bəzi hallarda isə 25 metr məsafədə evlər tikilə bilməz:

“Bu, Nazirlər Kabinetinin 2 noyabr 2004-cü ildə təsdiqlənmiş qaydalarla tənzimlənir. Qaydalara görə, bu cür boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı hissələr üçün isə hər tərəfdən 25 metr təyin olunur”.

Vəkil qeyd edib ki, bir çox hallarda vətəndaşlar belə ərazilərdə özbaşına tikililər inşa edən zaman dövlət orqanları tərəfindən onlara vaxtında etiraz olunmur:

“Nəticədə, vətəndaşlar uzun müddət həmin tikililərdən istifadə edirlər. Hətta həmin vətəndaşlara elektrik enerjisi, su xətti və digər xətlər çəkilir, onlar da müvafiq kommunal ödənişləri etməklə yaşayırlar. Düşünürlər ki, əgər dövlət buna etiraz etmirsə, mən də burada uzun müddət yaşayıramsa, artıq əmlakın qanuni sahibi hesab edilirəm. Lakin bu yanlışdır. Prezident vətəndaşların tikdiyi evlərin sənədləşdirilməsi ilə bağlı müvafiq fərman imzalayıb və bu istiqamətdə müvafiq işlər aparılır. Ancaq vətəndaşlar bilməlidirlər ki, bu fərman heç bir halda neft boru kəmərlərinin mühafizə zolağında tikilən yaşayış və qeyri-yaşayış sahələrinə tətbiq edilməyəcək. Çünki daşınmaz əmlakın reyesterində qeydiyyata alınma ilə bağlı müəyyən sənədlər siyahısı var.

İlhamə Həsənova mainVəkillər Kollegiyasının üzvü İlhamə Həsənova

“Qanunvericiliyə əsasən, magistral neft kəmərlərinin 50 metr, bəzi hallarda isə 25 metr məsafədə evlər tikilə bilməz”.

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Yəni, əgər ev qeyd edilən mühafizə zolağında yerləşirsə, sənəd verilə bilməz”.

İ.Həsənova vurğulayır ki, bu cür evlərin qeydiyyata alınmaması ilk növbədə elə vətəndaşların özünün mənafeyi üçündür:

“Çünki sadalanan zonalar istənilən vaxt insan həyatı üçün təhlükəli vəziyyət yarana bilər. Məsələn, Səbail rayonunda neft quyuları olan “20-ci sahə” adlanan ərazidə qadağan edilməsinə baxmayaraq evlər tikilib. Bir neçə il əvvəl həmin ərazidəki quyularda partlayış baş vermiş və insanlar ciddi ziyan çəkmişdi. Yaxud da hazırda icraatımda olan bir işlə bağlı misal göstərim: yüksək gərginlikli elektrik enerjisi xətlərinin yaxınlığında tikilən evdə yaşayan azyaşlı transformatora toxunaraq yerindəcə kül olmuşdu. Ona görə də, belə ərazilərdə yaşamağın təhlükəli olması baxımından həmin ərazilərdə evlərin tikilməsinin və sənədləşdirilməsinin qanunvericiliklə qadağan edilməsi birbaşa vətəndaşların mənafeyi üçündür”.

Vəkil onu da əlavə edib ki, neft boru kəmərlərindən mühafizə qaydaları pozulması, həmin ərazilərdə yaşayış və ya qeyri-yaşayış sahələrinin tikilməsi inzibati, eyni zamanda cinayət məsuliyyətinə səbəb olur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, belə ərazilərdə hər an “fors-major” vəziyyət yarana bilər. “Təbii ki, bu da ilk növbədə insanların həyatı, həmçinin əmlakı üçün təhlükəlidir. Bundan başqa, belə ərazilərdə yaşamaq insanların sağlamlığı baxımından doğru deyil. Çünki şüalanma səviyyəsi çox yüksək olur. Bu cür yerlərdə neft, qaz və digər maddələrlə həm torpaq, həm də atmosfer çirklənmiş vəziyyətdə olur. Bu isə vətəndaşların, xüsusilə də uşaqların sağalamlığına zərər vurur, onlar üçün həyati təhlükə yaradır. Çünki uşaqların immuniteti böyüklərə nisbətən zəif olur və zərərli maddələr, ekoloji cəhətdən pis hava onlara daha çox mənfi təsir edir. Yaxud da bu ərazilərdə uşaqların xəstə doğulması və digər çoxsaylı xoşagəlməz hallar müşahidə edilir. Bir sözlə, həm bu gün, həm də gələcək üçün həddindən artıq böyük fəsadlar yaranması mümkündür”, – ekspert bildirib.

Ramil OsmanlıƏmlak məsələləri üzrə ekspert Ramil Osmanlı

“Bu, ilk növbədə, insanların həyatı, həmçinin əmlakı üçün təhlükəlidir”

R.Osmanlı deyir ki, mühafizə zolağı və digər qadağan edilmiş ərazilərdə tikilən evlərlə bağlı başqa problemlər də mövcuddur: “Bu cür ərazilərdə adətən infrastruktur, kommunal xətlər texniki normalara əməl edilmədən çəkilir. Ən əsas problem isə odur ki, bu cür evlər, heç bir halda sənədləşdirilə bilmir. Çünki infrastruktur layihələrinin ərazisində torpağa mülkiyyət hüququ verilmir. Bu da evin qanunvericiliyə uyğun sənədləşdirilməsini, nəticə etibarilə əmlakın qanuni alqı-satqısını mümkünsüz edir. Buna görə də həmin evlərin satışı qeyri-rəsmi, şəxsi razılaşma əsasında əsasında reallaşdırılır. Bu isə gələcəkdə daha neqativ hallara – illərlə davam edən iqtisadi mübahisələrə, dələduzluq cinayətlərinə və s. səbəb olur”. (Report)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO