Sosial 23.08.2023 10:01

Bakıda dövlət qurumları əməkdaşları üçün təlim təşkil olunub - FOTO

“Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin dəstəyi ilə Bakı şəhərində dövlət qurumlarının əməkdaşlarına avqustun 21-22-də ikigünlük  növbəti təlim təşkil olunub.

Rakus.az xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC İB) mətbuat xidmətindən verilən məlumata görə, birliyin qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının  əməkdaşlarına avqust ayının 21-22 tarixləridə Bakı şəhərində “Çıraq Plaza Hoteldə” 2 günlük təlimlər təşkil olundu. Təlim “Etika” Akademiyasının rəhbəri, peşəkar təlimçi Günel İbrahim tərəfindən keçirilib.

Təlim zamanı təlimçi Günel İbrahim tərəfindən sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlar ilə peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıq  sahələrini peşəkarcasına önə çəkmişdir. Təlimdə Günel xanım aşağıdakı mövzular barəsində maraqlı məlumatlar verib:

  • Birgə yaşamaq mədəniyyəti;
  • Etik davranıış qaydaları;
  • Əlilliyi olan qadınlarla davranış etikası; Öhdəliklərimiz;
  • İctimaiyyətin vəzifəsi;
  • Beyin alimlərinin ixtiraları əsasında davranış kodları;
  • Emosional zəka meyyarları;
  • Xüsusi bədən dili;
  • İş mühitində qeyri verbal göndərmələr xəritəsi;
  • Nitq Formulaları: Xarizmatik nitq. Mütəxəssis nitqi. Motivasiya nitqi;
  • Narazılıqları sürətli  dəf etmə texnikası;
  • Neyro Estetika- beyin məşqləri. Stresə davamlılıq.

Mövzuların müzakirəsi zamanı iştirakçılar həyatda qarşılaşdıqları  hadisələri də müzakirə etdilər. Bu da təlimi daha maraqlı etdi. Hər bir iştirakçı öz sahəsi üzrə rastlaşdığı anları yuxarıdakı mövzulara görə araşdırmağa çalışdılar.

Təlimdə Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiu, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Baki şəhər Baş Polis İdarəsi, TƏBIB, KOBİA, AQUPÜDK, ARTİ, UBM, ASAN XIDMƏT, DOST Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, TSEK, İTS, Baki Sğorta, 1 nömrəli və Şaqan Reabilitasiya Mərkəzləri, BU GÜN TV, Səhiyyə TV və digər qurumların əməkdaşları iştirak edirdilər. Təlim maraqlı anları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılandı. Sonda təlim iştirakçılarına sertifikatlar verilib.

 Əlilliyi olan qadın və qızlara dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar tərəfindən münasibətin yaxşılaşdırılması, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, icitmai xidmətlərin keyfiyyətinin və müyəssərliyinin təmin edilməsi təlimin əsas məqsəd kimi qarşıya qoyulub.   

 Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir. İcra müddəti  sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) ərzində icra olunacaq.                                                                           

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO