Bakıda festival keçirildi
Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır.
Rakus.az xəbər verir ki, bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Builki tədbir “Yoga Shahi” studiyasının təsisçisi Sabina Şahinin kuratorluğu ilə həyata keçirilib.
Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyi olub.
Format: Şəhərsayağı piknik
Mövzu: Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik! Meyar: Özün üçün xeyirli, digərləri üçün faydalı!
Proqramda: 108 dəfə Günəşi salamlama, hindistanlı yoqindən rəsmi təqdimat, praktikanın müxtəlif növləri, fərqli ən-ənənələr və metodlar, ən aktual fiziki və mənəvi mövzulara dair leksiyalar, şərq döyüş növlərinin təqdimatı, fitnes və rəqslər, incəsənət, veqan yeməkləri və yoqa malları, etnik konsert və daha da çox xeyirli və maraqlı tədbirlər.