Gündəm 14.08.2019 15:09

Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO

 

 

Milli Qəhrəman Gültəkin Əsgərovanın həyatı və döyüş yolu hər bir vətənpərvər üçün nümunə olmalıdır. Çünki o,  Qarabağ uğrunda müharibə başlayan vaxtlarda çalışdığı Bakı Uroloji klinikadan könüllü olaraq  birbaşa cəbhə bölgəsinə yollanıb, yaralılara ilk tibbi yardımı göstərib. Kiçik yaşlı qızını anasının himayəsində qoyaraq fədakarlıq göstərən həkim cəbhədə tibbi heyətə son dərəcə böyük ehtiyac duyulduğundan özü ilə bərabər 5 könüllü də döyüş bölgəsinə aparıb. Şuşa uğrunda qanlı döyüşlərin getdiyi anda həbsxananın qapısını açaraq məhkum soydaşlarımızın əsr düşməsinin qarşısını alıb.

Şuşanın işğalından sonra isə Laçının və Qubadlının müdafiəsində iştirak edib. Son iş yeri isə Ağdamın Mahrızlı kəndindəki hospital olub. Burada həkim işləyən Gültəkin xanım yüzlərlə yaralı hərbçimizə tibbi yardım edib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralılara yardım etmək üçün bir az arxa hissədə yerləşən tibb məntəqəsində çalışırdı. Lakin yaralılara daha operativ yardım etmək üçün döyüş zonasına qalxan həkim 1992-ci ilin iyulun 19-da qəhrəmancasına şəhid oldu. Bakıda Şəhidlər Xiyabanında dəfn edildi. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görüldü. Qəhrəmanlığı “Gültəkin” filmində və “Gültəkin zirvəsi” kitabında öz əksini tapdı.

Xatirəsini əbədiləşdirmək məqsədilə Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə adı verildi, məktəbin və Nərimanov rayonundakı xəstəxananın qarşısında büstü qoyuldu. Xəzərdə üzən gəmilərdən birinə onun adı verildi və gəmidə muzeyi yaradıldı. Bakıda yaşadığı Atatürk prospekti 2A ünvandakı binaya xatirə lövhəsi vuruldu.

Sonuncu cümləni yazmaq son dərəcə ağır və dəhşətli oldu. Çünki qarşılaşdığımız mənzərə Milli Qəhrəmana olan hörmətsizliyimizi göstərir. Jurnalist Anar Əhmədovun məlumatına əsasən aparılan araşdırma bunu əyani surətdə faktlarla təsdiqlədi. Şəkildən göründüyü kimi Milli Qəhrəmanımızın xatirə lövhəsini zibil qutusunun yanına atıblar. Budurmu vətənpərvərliyimiz, budurmu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Milli Qəhrəmanlarımıza hörmətimiz, budurmu qəhrəmanlarımızla bağlı apardığımız təbliğat, budurmu düşmənə qarşı cavabımız ?!

Gültəkin Əsgərovanın yaşadığı binaya vurulan xatirə lövhəsinin yerinə baxmaq üçün gedən əməkdaşlarımıza daha sarsıdıcı məlumat verildi. Qonşular bildirdilər ki, binaya üzlük vurularkən Milli Qəhrəmanın xatirə lövhəsi çıxarıldı və bir müddət küçədə zibilliklərin arasında qaldı. İndi isə haraya aparıldığından xəbərimiz yoxdur.

Məlumat üçün bildiririk ki, xatirə lövhəsini “Gənclik” metrostansiyasının yaxınlığındakı büstündən on-on beş metr aralıdakı zibil yeşiyinin yanına atıblar.

Mikayıl Nərimanoğlu

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO