Bakıda paracüdo üzrə Qran-pri yarışları keçirilə bilər
Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib.
Rakus.az xəbər verir ki, təqvimə əsasən, cari ilin noyabrında Bakıda paracüdo üzrə Qran-pri yarışları keçirilə bilər.
Noyabrın 13-19-da paracüdo üzrə Qran-pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda, 2021-ci ilin mayında Bakıda paracüdo üzrə Qran-Pri yarışlarının keçirilməsi barədə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası arasında razılıq əldə edilib. 2021-ci ilin mayında keçiriləcək Qran-pri “Tokio-2020” Yay Paralimpiya Oyunlarından əvvəl sonuncu təsnifat yarışı olacaq.
Bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.