Sosial 23.08.2019 13:02

Bakıda qəbirlər nömrələnir

Avqustun 13-dən Yasamal qəbiristanlığında qəbirlərin rəqəmlənməsinə başlanılıb.

Rakus.az xəbər verir ki, bu barədə Yasamal Bələdiyyəsindən məlumat verilib.

Məlumata görə, Yasamal qəbiristanlığı qəbirlərin nömrələnməsi prosesi üçün portallara bölünüb:

“Bildiyiniz kimi, digər qəbiristanlıqlardan fərqli olaraq, Yasamal qəbiristanlığı paytaxtın ən böyük məzarlıqlarından biridir. 2018-ci il dekabrın 4-də “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ərazi üzrə bələdiyyələrə həvalə edilib.

Qərara əsasən, Yasamal qəbiristanlığında məzarların nömrələnməsi prosesi artıq başlanıb. Məzarlığın bir neçə girişinin olduğunu nəzərə alaraq, avqustun 13-dən etibarən qəbiristanlıq ərazisi doqquz portala ayrılıb.

Ümumilikdə daha əvvəldən özünə dəfn üçün yer alan və hasarlanan 231 qəbir yeri (ümumilikdə 1200-dən çox qəbir) nömrələnib. Bu proses bütün qəbirlər nömrələnənə qədər davam edəcək”.

Bildirilib ki, nömrələnən qəbirlər haqqında məlumatlar elektron qaydada siyahıya alınacaq:

“Bəzi qəbirlər var ki, onlar çox baxımsız haldadır. Üzərindən yazılar belə silinib. Biz həmin qəbirlərin məlumatlarını (ad, soyad, doğum və ölüm tarixləri) bərpa edərək siyahı tərtib edirik. Nömrələnən qəbirlərin yanında vurulan kiçik qara lövhədə portalın nömrəsi, qəbirin nömrəsi, həmin sahədə neçə nəfərin dəfn olunması (ad, soyad, doğum və ölüm tarixləri) və daha neçə dəfn üçün qəbir yerinin mövcud olduğu qeyd ediləcək.

Məsələn, bir portalda birdən 10 minə qədər olan qəbir yerləşdiriləcək. Digər portalda isə 10 mindən 20 minə qədər qəbir yerləşəcək. Bu proses bəzən mərhumlarının harada dəfn olunduğunu unudan insanların da işini asanlaşdıracaq.

Elə insanlar var ki, ölkədə yaşamır və uzun illər ölən əzizinin məzarını ziyarət edə bilmir, yerini belə unudur. Sistemləşmə bu kimi problemləri həll edəcək. Burada milyonlarla qəbir var. Qarşıya qoyulan işlərin təxminən iki il ərzində yekunlaşmasını planlaşdırırıq”. (Oxu.Az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO