Sosial 01.08.2019 00:01

Bakıda tarixi bina niyə söküləcək?

Bakıda, Yasamal rayonu Mirzağa Əliyev küçəsi-150 saylı ünvanda yerləşən tarixi binanın sökülməsi gözlənir.

Rakus.az xəbər verir ki, artıq bəzi sosial şəbəkə istifadəçiləri bununla bağlı narazılıqlarını da ifadə edirlər.

Amma Yasamal Rayon İcra Hakimiyyətindən (İH) bildirildiyinə görə, binanın sökülməsi ilə bağlı elə sakinlər müraciət ediblər: “Yasamal rayonu, Mirzağa Əliyev küçəsi, 150 saylı ünvanda yerləşən yaşayış binası həqiqətən qəzalı vəziyyətdədir vəbu binanın sökülməsi ilə bağlı sakinlərin Yasamal Rayon İcra Hakimiyyətinədəfələrlə müraciəti olub”.

Qurumdan bildiriblər ki, çoxsaylı xahişdən sonra İH aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlayıb və nəticədə binanın sökülməsinə qərar verilib.

Yasamal İH-dən onu da deyiblər ki, orada yaşayanların bir çoxu qaçqınlardır və onlar da binanın sökülməsini, sakinlərin yeni mənzillərlə təmin olunmalarını istəyirlər. “Bu bina söküntü aparılan “Sovetski məhəlləsi” tərkibində olsa da, onun sökülməsi planı yox idi. Amma qəzalı vəziyyətdə olması bunu zərurətə çevirdi”, – İH-dən belə bildiriblər.

Adıçəkilən binanın 1890-cu ildə tikildiyi bildirilir, 5 korpusdan ibarətdir. Orada 50-dən çox ailə məskunlaşıb. Bina söküntüsü davam edən Bakının tarixi “Sovetski məhəlləsi” adlanan ərazisinə düşür. Amma verilən məlumata görə, sakinlər mənzillərin hər kvadratmetrinə təklif edilən 1500 manatı az sayaraq, daha yüksək kompensasiya istəyirlər.

Xatırladaq ki, Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri böyük ölçüdə sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunub.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

Bu yaxınlarda isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, “Sovetski” ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO