Sosial 20.06.2023 10:00

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib - FOTO

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Dövlət Miqrasiya Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirib.

Rakus.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycanda akkreditə olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, beynəlxalq və yerli humanitar və inkişaf təşkilatlarının, özəl şirkətlərin, həmçinin qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Ümumdünya Qaçqınlar Gününün qeyd olunmasının əhəmiyyətindən danışılıb, qaçqınların olduqları ölkələrdə təcrid olunmamalarının vacibliyi vurğulanıb. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Bik Lum tədbirdə iştirak edənlərə müharibə, zorakılıq və təqib səbəbindən didərgin salınmış milyonlarla insanla həmrəylik nümayiş etdirdiklərinə görə təşəkkürünü bildirib.

Tədbirdə həmçinin Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreyeva və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış ediblər.

İştirakçılara həmçinin Ümumdünya Qaçqınlar Günü kampaniyası çərçivəsində keçirilmiş “İstədiyimiz gələcək: Dayanıqlı İnkişaf Məqsədləri (SDG) uşaqların gözü ilə” rəsm müsabiqəsinin nəticələri barədə məlumat verilib, Azərbaycanda olan qaçqın uşaqların yerli həmyaşıdları ilə birgə öz bilik və bacarıqlarını artırmaq imkanlarına şərait yaradıldığı qeyd olunub.

Tədbir Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı ilə başa çatıb. (Report”)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO