Gündəm 19.03.2019 10:01

Bakıda yollar bağlanıb – XƏBƏRDARLIQ

Novruz bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar olaraq, sabahdan etibarən Bakının bir sıra yollarında nəqliyyatın hərəkət istiqaməti dəyişdirilir.

Rakus.az xəbər verir ki, Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə Bakıda bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, martın 19-u səhər saatlarından etibarən tədbir tam başa çatanədək İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız Qalası və Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.

Belə ki, “Azneft” meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bundan əlavə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.

Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək. Eyni zamanda, sürücülərdən, avtomobil sahiblərindən xahiş olunur ki, xüsusən günün qaranlıq saatlarında yorğun, yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsinlər, yol hərəkət qaydalarına ciddi riayət etsinlər.

Bölgələr istiqamətində hərəkət edən sürüclərə bir qayda olaraq təhlükəsizlik kəmərindən istifadə etmək, yol boyu hərəkəti nizamlayan nişanların göstəricilərinə və sürət həddinə əməl etmələri tövsiyə olunur.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO