Bakıdan gedən QATAR Türkiyəyə çatdı - FOTO
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkətində istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.
Rakus.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat verib.
Bildirilir ki, Bakı-Tbilisi-Qars-Ankara-Bakı xəttində hərəkət edəcək qatarda doqquz sərnişin vaqonu, bir restoran var. İsveçrədən Türkiyəyə öz hərəkəti ilə gələn qatar qısa zamanda Qarsdan Bakıya yola salınacaq.
Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün vaqonların istehsalına dair müqavilə imzalanıb. “Stadler” şirkətinə sifariş olunmuş 30 ədəd vaqon “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyadan ibarətdir.