ÖZƏL: Bakubusa “yağış yağır” – REAKSİYA - FOTO - VİDEO
“BakuBus” MMC-dən operativ yanaşma: kondisioner drenajları təmizlənib
“BakuBus” MMC tərəfindən saytımızda dərc olunan tənqidi yazı araşdırılıb. Bununla bağlı redaksiyamızan elektron ünvanına daxil olan cavabı diqqətinizə çatdırırıq:
“MMC-nin istismarında olan 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun salonundakı kondisionerdən texniki səbəbdən suyun axması halı dərhal aradan qaldırılıb.
Avtobusa texniki baxış zamanı məlum olub ki, suyun tökülməsi kondisioner drenajlarının tozlanması ilə bağlıdır. Bununla əlaqədar avtobusun kondisioner drenajları təmizlənib və suyun salona axmasının qarşısı alınıb”.
17.09. saat 10:10
Bayıl istiqamətində 6 saylı bakubusla yollanarkən ön skamyada əyləşən sərnişini yağış damcıları isladır.
Sanki keçən əsrin marşrutunda əyləşmiş kimi yağış damcıları süzülür. Amma hava yağışlı deyil. Bəlkə səbəb kondisioner sistemidir. Amma səbəb nə olsa da sərnişinin islanması doğru deyil. Axı avtobusda “yemək yeməyin”, “təmizliyə riayət edin”, “hər gün stiril təmizlənir” və s. işarələr var. Bu tələblər varkən, sərnişin məmnuniyyəti də təmin olunmalıdır.