Siyasi 16.12.2023 10:01

Səksən ildir dinc həyat tərzi sürməyən fələstinlilər – TƏHLİL - FOTO

Qəzza zolağında silahlı münaqişə davam edir. Müharibənin qurbanları dinc əhali – körpələr, uşaqlar, yaşlılar, qadınlar və başqa köməksiz insanlar olur. Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Qəzza sakinlərinin məsələsi yenidən aktuallaşdı. Əhalinin köçürülməsi məsələsi hələ də beynəlxalq ictimaiyyətin gündəliyindədir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 2020-ci ilə olan hesabatında bölgədəki əhalinin sayı 1 milyon 918 min 221 nəfər göstərilib. Bildirilib ki, son müharibə nəticəsində 1,5 milyon dinc sakin yaşadığı evi tərk edib. Onların 710 mini məktəb, xəstəxana və müvəqqəti düşərgələrdə yerləşdirilib. Qaçqınların bir hissəsi küçələrdə gecələməli olur.

Misir hələ də Qəzza zolağından qaçqın düşənləri kütləvi şəkildə qəbul etməkdən imtina edir. “Rəfah” nəzarət-buraxılış məntəqəsindən, əsasən, xarici ölkə vətəndaşları, ikili vətəndaşlığı olan fələstinlilər buraxılıblar.

Hərbi əməliyyatlar nəticəsində 18 mindən çox fələstinlinin öldüyü iddia olunur.

Qeyd edək ki, Fələstin Milli Administrasiyasının 2018-ci il üzrə məlumatına əsasən, ölkə əhalisinin sayı 13 milyon nəfərdir. Onların 3,761 milyon nəfəri Fələstində, 2,1 milyonu İordaniyada, 1,54 milyonu İsraildə, qalanı Suriya, Livan, Türkiyə və başqa region ölkələrində yaşayır. 4,8 milyon fələstinli isə diaspor nümayəndəsidir.

Bu rəqəmlər sübut edir ki, Fələstin əhalisinin yarısı ölkədə yaşamır. 80 ilə yaxındır ki, fələstinlilər dinc həyat tərzi sürmürlər. Qaçqın, mühacir, diaspor kimi yaşamaq isə həmişə çətin olur. Bu halda gündəlik tələbatın ödənilməsi, təhsil, səhiyyə və başqa sahələr üzrə çoxsaylı ehtiyaclar yaranır. Sosial problemlərin girdabına düşüb daim onun həllini düşünənlərin hədəfi qida əldə etmək, övladlarını və əzizlərini yaşatmaq, onların elementar səviyyədə təhsil almasını təmin etməkdir. Belələri uzun, hətta orta vədəli planlar qurmurlar. Çünki müvəqqəti olaraq yerləşdirildikləri çadır düşərgəsində, məktəb binalarında, hospitalda qalacaqları müddəti bilmirlər. Qaçqın düşmələrinə səbəbkar olmayan bu şəxslər geri qayıdacaqlarının da vaxtından xəbərsizdirlər. Onların həyatı, taleyi və mövcudluğu maraqların, dövlətlərin, beynəlxalq təşkilatların əlindədir. Bir sıra hallarda qaçqınlar üçün cızılmış xətti pozaraq özləri başqa yerlərə üz tutub, müstəqil həyat qurmağa çalışırlar. Ancaq belə faktlar qaçqınların ümumi sayı ilə müqayisədə çox az olur.

Azərbaycan əhalisi bu kimi qaçqınlıq həyatını son 120 ildə çox yaşayıb. Ermənistan ərazisindən dəfələrlə məcburi köçkünlük, sovetlər qurulanda və dağılanda yaranan mühacirət, Qarabağ və ətraf rayonların işğalı nəticəsində yaranan qaçqınlığı buna örnək göstərmək olar.

Əfqanıstan əhalisi də son 45 ili qaçqın və mühacir vəziyyətində ölkə-ölkə, şəhər-şəhər gəzməkdədir.

Son 10 ildə Afrikanın şimalında baş vermiş “ərəb inqilabı”, Suriya, İraq, Yəməndə silahlı münaqişələr və s. də qaçqınlığın yaranmasına səbəb olub.

Bütün bunlar milyonlarla günahsız dinc insanın, o cümlədən uşaqların, yeniyetmələrin, gənclərin qaranlıq taleyi deməkdir.

Bu günlərdə Türkiyə mediasında Fələstindən, yəni Qəzza zolağından olan qaçqın uşaqların həyatı təsvir edilmişdi. Orada yazılmışdı: “Böyüyəndə kim olacaqsan?” sualımıza uşaqlar: “Fələstinli uşaqlar böyüməzlər ki” cavabını verdilər. Onların oyunları bombalardan qaçmaq, yaralıları xərəkdə daşımaq, dağıntıları qazmaq, şəhid uşaqların xatirəsini yad etmək üçün toplaşmaqdır…”

Belə adamların uşaqlığı, yeniyetməliyi, gəncliyi də özlərindən qaçqın düşür. Bu insanlar nə dost ola, nə də dost qazana bilirlər. Niyə belə olur? Bunun çoxsaylı səbəbləri var. Ancaq ən başlıca səbəb kənar qüvvələrin əlində oyuncaq olmaqdır. 80 ilə yaxındır bütün dünya Fələstin xalqının hüquqlarının müdafiəsindən danışır. Ancaq onların vəziyyəti ilbəil ağırlaşır. Ölkəyə qayıdan yoxdur. Oraya, xüsusilə Qəzza zolağına silahlılar göndərilir, ya da təlimatçılar.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Fələstin xalqına göstərdikləri “yardımı” daha aydın xarakterizə edib: “Biz HƏMAS-a balıq tutmaq öyrətdik”. Yəni İran hakimiyyəti Fələstin xalqının öz torpaqlarında İsraillə dinc yanaşı yaşamalarına yardım etmək, milyonlarla insanın ev-eşiyindən qaçqın düşməsinin qarşısını almaqdansa, onlara əldə silah İsraillə döyüşməyi öyrədib. Ən faciəlisi isə bu döyüşlərin Fələstin xalqının azadlığı ilə heç bir əlaqəsinin olmamasıdır. HƏMAS-ın “balıq tutmağı” öyrənməsinin əsasında İranın siyasi ideoloji iddiası durur. Bununsa beş milyona yaxın qaçqın fələstinlinin öz ölkəsinə dönüşünə bir faydası yoxdur.

Fələstinin müxtəlif səviyyəli və təhsilli liderləri 80 ildir silahlı münaqişənin fayda vermədiyini hələ də dərk etməyiblər. Yaxud onlar başqa maraqlara xidmət etdiklərindən bunu qəbul etmək istəmirlər. Ancaq deyəsən, artıq fərqli düşünməyə başlayanlar da var. HƏMAS “siyasi bürosu” sədrinin müavini Musa Əbu Marzuk ABŞ-də çıxan “Al-Monitor” nəşrinə müsahibəsində bildirib ki, İsraili tanımağa hazırdırlar. Onun sözlərinə görə, Fələstin Azadlıq Təşkilatı ilə fikir ayrılığına son qoymaq üçün HƏMAS İsrail dövlətini tanımağa hazırdır: “Biz rəsmi mövqe ilə razılaşmalıyıq. Rəsmi mövqe isə belədir: Fələstin Azadlıq Təşkilatı İsraili dövlət olaraq tanıyır”.

Təəssüf ki, idrakısönük başçılar gələcəklərinin olmayacağını deyən o qaçqın uşaqların taleyi ilə hələ də oynayırlar. Hüseyn Cavid belə demişdi:

İdrakısönük başçıların qəfləti ancaq

Etmiş, edəcək milləti həp əldə oyuncaq…

Fələstin ərəbləri 80 ilə yaxındır məhz bu vəziyyətdədirlər.

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO