Siyasi 29.11.2023 19:46

Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə indi Ermənistan ərazisi kimi qələmə verilən, Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərindən biri olan Barana rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Baranada 16 kəndin adı necə dəyişdirilib?” adlı süjetdə 200 yüz ildən çoxdur erməni millətçiliyindən qidalanan vandal, barbar, şovinist siyasətin tərkib hissəsini qədim Azərbaycan tarixini saxtalaşdırmaq, torpaqlarımızın yaddaşı olan yer-yurd adlarını dəyişdirmək, erməniləşdirmək təşkil etdiyi bildirilir.

Qeyd olunur ki, Barana Qərbi Azərbaycanda, indiki Ermənistanda, Dağ Borçalının Loru mahalında qədim ərazi olub. Barana Yelizavetpol, yəni Gəncə quberniyasının Qazax-Şəmşəddin qəzasında, əvvəl Barana, sonra Noemberyan adlanan rayonda kənd və rayon mərkəzi hesab olunub. Qaraqoyunlu Dərəsinin şimalını əhatə edən Barana ərazisinin adı Baranlı sülələsi ilə bağlıdır. Rayonun Barana adı tarixi mənbələrdə kənd və mahal adı kimi də qeyd olunur. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Barani kəndi qeyd olunur.

Vurğulanır ki, Ermənilər bu rayonun adını da saxtalaşdırmaqla qədim oğuz-türk izini itirməyə çalışıblar: “Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il fərmanı ilə bu yaşayış məntəqəsinin adı dəyişdirilərək Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Noyemberyan qoyulub. 1937-ci ildən bəri rayonun inzibati mərkəzi İncəsu, Barana olub və 1971-ci ildə bura qəsəbə statusu verilib. Buradan İrəvan şəhərinə olan məsafə 187 kilometr təşkil edir.

Diqqətə çatdırılır ki, bu ərazidə daim azərbaycanlılar yaşayıb və zaman-zaman deportasiyaya məruz qalıblar: “Oğuz türkləri 1988-ci-ci ildə Ləmbəli, Yuxarı Körpülü, Aşağı Körpülü, Ayrım qəsəbəsi kimi doğma yaşayış məntəqələrini tərk etməyə məcbur olublar. Bununlada ermənilər yer-yurd adlarını dövlət səviyyəsində saxtalaşdırmaq üçün özlərinə daha əlverişli şərait yaradıblar.

Barana rayonu üzrə 16 tarixi yer adı dəyişdirilib. Ötən əsrin 90-cı illərin əvvəllərində əraziyə ermənilər tərəfindən Tavuş adı verilib.  Tavuş indiki Ermənistanın Karvansara, yəni İcevan, Barana, yəni Noyemberyan-Tavuş rayonlarının birləşdirilməsi nəticəsində 1995-ci il 7 noyabr tarixli Ermənistanın inzibati-ərazi bölgüsü haqqında qanunla mərzlik kimi formalaşıb. İndiki  Ermənistanın şimal-şərqində yerləşən mərzliyin inzibati mərkəzi Karvansara, yəni İcevan şəhəridir. Mərzliyə Dilican şəhəri, Barana, yəni Noyemberyan-Tavuş,  Karvansara, yəni İcevan və Şəmşəddin, yəni Berd rayonları daxildir.

Sonda vurğulanır ki, indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, soydaşlarımızın tarixi-etnik torpaqlarından sonuncu nəfərinədək deportasiyası, izitirmə planı bugünədək davam edir: “Lakin əminik ki, biz doğma yurd yerlərimizə yenidən qayıtmaqla tarixi yaddaşımızı bərpa edəcək, Vətən sevgisi ilə böyüyən gələcək nəsillər doğma ocaqlarımızı daim isti saxlayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 29-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil, Maraqlı / 25.06.2024 22:15
“Qafqaz anlayışı 19-cu əsr anlayışıdır, bu ərazi İçoğuz adlanıb” - FOTO - VİDEO
Siyasi, Təhlil / 25.06.2024 18:38
“İrəvan üçün ən vacib addım seçimini Bakı və Ankaradan yana etməkdir” - FOTO - VİDEO
Elm və təhsil, Maraqlı / 25.06.2024 14:00
Türklərin at üstündə oxla döyüşməsinin sirri – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 25.06.2024 13:27
İrəvan üçün ən vacib addım – ANONS - VİDEO
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO
Sosial / 15.06.2024 14:20
Aşıq Ələsgərin yurdunun tarixi və irsi – ANONS - VİDEO
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL
Mədəni / 14.06.2024 13:32
“Bir gün Göyçəyə də gedəcəyik”- İlham Abdullayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.06.2024 22:58
Tibbi ədəbiyyata daxil olan “erməni xəstəliyi”nin əlamətləri - FOTO - VİDEO