Koronavirus 21.07.2020 09:00

Baş həkim təcili tibbi yardımın günahlandırılmasını doğru saymır

“Təcili Tibbi Yardımdan gün ərzində hər üç saatdan bir bizə xəstəxanalarda olan boş çarpayıların sayı barədə məlumat göndərilir. Çağırış zamanı xəstələrin xəstəxanalara yerləşdirilməsi də bu cədvəl üzrə həyata keçirilir. Həmin gün isə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanada bizdə olan cədvələ əsasən boş yer olub”.

Rakus.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ötən gün bəzi kütləvi informasiya vasitələrində COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının təcili tibbi yardım tərəfindən M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparılaraq, 40 dəqiqə gözlədildikdən sonra vəziyyəti daha da ağırlaşan qadının 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

O bildirib ki, bu məsələdə təcili tibbi yardımın günahlandırılması doğru deyil: “Həmin gün M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında mövcud olan 100 ümumi çarpayıdan 21-i, reanimasiya şöbəsində mövcud olan 20 çarpayıdan isə yalnız biri boş olub.

Pandemiyadan əvvəl də təcili tibbi yardım tərəfindən xəstələrin müvafiq xəstəxanalara çatdırılması prosesi bu şəkildə, əvvəlcədən bizə verilən cədvəl əsasında aparılıb. Ayın 18-də, saat 20:00-da xəstəxanada boş çarpayılar barədə məlumat verilib.

Eyni gün saat 20:47-də təcili tibbi yardım xəstəni M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb, lakin orada xəstəni qəbul etmək istəməyiblər. Xəstə bir müddət xəstəxananın qarşısında gözlədilib. Bu məsələ ilə bağlı isə TƏBİB-dən proseslərin düzgün idarə olunmadığı bildirilib”.

R.Nağıyevin sözlərinə görə, bu, təcili tibbi yardımın qüsuru deyil və onlar bu problemlə ilk dəfə qarşılaşmırlar:

“Çox vaxt bizə verilən cədvəllərin bir mənası olmur. Çünki dəfələrlə olub ki, təcili tibbi yardım çağırışa gedib və xəstəni əvvəlcədən verilən siyahı üzrə xəstəxanaya çatdırıb. Xəstəxanadan isə ya boş yerin olmadığı, ya siyahıda xəstənin adının gəlmədiyi bildirilib.

Təəssüf ki, bu hallarla bir dəfə yox, bir neçə dəfə rastlaşmışıq. Təcili Tibbi Yardımın üzərinə düşən vəzifə xəstəni qısa müddətdə xəstəxanaya yerləşdirməkdir.

Pandemiya dövründə həkimlərin çağırışa xüsusi geyimdə getdiklərini bilirsiniz. Heç bir həkim xəstəni ağır vəziyyətdə xəstəxana-xəstəxana gəzdirmək istəməz. Bu, nə xəstə üçün, nə də o geyimdə həkimlər üçün xoş deyil. İsti hava şəraitində həkimlərimizin o havasız geyimlərin içərisində nə qədər çətinlik çəkdiklərini bilirsiniz”.

“Nəzərə alsaq ki, məlumatlar səhv göndərilib, çarpayılar sayılarkən hər hansı diqqətsizlik olub, yenə də xəstəxananın belə davranış sərgiləməsi doğru deyildir. Ən azından xəstəxana xəstəni qəbul şöbəsinə almalıdır. Xəstənin müşahidə vərəqəsində qeyd olunmalıdır ki, hazırda xəstəxanada yer olmadığı üçün o, başqa tibb müəssisəsinə göndərilir.

Təcili tibbi yardım da xəstəni dərhal başqa tibb müəssisəsinə aparmalıdır. Müəyyən etik qaydalar var. Mən heç kimin mənafeyinə toxunmaq istəmirəm, lakin bizim ünvanımıza işlədilən ifadələri doğru hesab etmirəm və heç bir halda qəbul etmirəm”, – deyə R.Nağıyev əlavə edib.

Xatırladaq ki, COVID-19-dan əziyyət çəkən 1945-ci il təvəllüdlü Şıxəliyeva Nuriyyə Əlisəttar qızının nəvəsi Nurlan Əhmədli mediaya açıqlamasında üç gündür evdə ambulator müalicə alan nənəsinin vəziyyəti ağırlaşdığı üçün təcili tibbi yardıma müraciət etdiklərini deyib.

N.Əhmədli bildirib ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasından əvvəlcə boş yer olduğu bildirilsə də, 40 dəqiqə gözlədikdən sonra bunun əksini ifadə ediblər.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən açıqlamada vurğulanıb ki, təcili tibbi yardım özbaşına hansısa xəstəxanaya xəstəni aparıb gözlədə bilməz.

Əgər TTY xəstəni Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına aparıb və orada yer olmayıbsa, bu zaman xəstəxana günahkar deyil. Əgər boş yerin olmadığı sonradan bildirilib, koordinasiya olunmayıbsa, bu, spesifik bir haldır və araşdırmalıdır.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO