İqtisadi 30.03.2020 16:00

Baş nazir hava daşımaları üzrə qaydaları dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda dəyişiklik edib.

Rakus.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda hava daşımalarının təşkili sisteminin təkmilləşdirilməsi məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarının həyata keçirilməsi üçün müqavilələrin rəsmiləşdirilməsi, sənədlərin tərtib edilməsi yollarını, həmçinin sərnişin, baqaj və yük daşımalarını həyata keçirmək hüququna malik olan aviaşirkətlər (daşıyıcılar) və bu prosesə cəlb olunan Azərbaycan Respublikasının digər mülki aviasiya obyektləri üçün tələbləri müəyyən edir.

Müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilən və qüvvədə olan mülki aviasiya istismarçısı sertifikatına malik olan aviaşirkətlərə bu sənəddə qeyd olunmuş şərtlərə uyğun hava daşımalarını həyata keçirmək hüququ verilir.

İndiyədək razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin mülki aviasiya administrasiyalarının təyin etdikləri aviaşirkətlər həyata keçirirdi.

Dəyişikliyə əsasən razılığa gələn dövlətlər arasında bağlanan hökumətlərarası sazişlərə əsasən müəyyən edilmiş marşrutlarda sərnişin, baqaj və yük daşımalarını tərəflərin aidiyyəti qurumlarının təyin etdikləri aviaşirkətlər həyata keçirəcək.

Daşıyıcının qaydaları ilə müəyyən edilmiş hallarda ödənilməli olan əlavə məbləğin yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxslər, habelə sərnişinlər tərəfindən daşıyıcıya ödənildiyini təsdiq etmək üçün daşıyıcı aşağıdakıları təqdim edir:

müxtəlif yığımlar qəbzi (order) – hava daşıması haqqında müqavilənin dəyişdirilməsi, xidmət göstərilməsi, habelə cərimələrin ödənilməsi ilə əlaqədar yığım və ödənişlər sərnişin, yükgöndərən və ya yükalan tərəfindən ödənilərkən;

pullu baqaj qəbzi – müəyyən edilmiş pulsuz daşıma normasından artıq baqaj üçün sərnişin tərəfindən ödəniş aparılarkən.

Daşıma və ödəniş sənədlərinin formaları və onların tətbiqinə dair təlimatlar qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlərin standart nümunələri və onların tətbiq olunması üzrə ümumi qaydalara əsasən aviaşirkət (daşıyıcı) tərəfindən müəyyən edilir.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO