“Başakşəhər” vacib 3 xalı itirdi
Aprelin 27-də futbol üzrə Türkiyə Superliqasının XXX turunun ilk qarşılaşmasında İstanbulun “Başakşəhər” klubu doğma meydanda “Göztəpə”ni qəbul edib.
Rakus.az xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən oyun qarşılıqlı hücumlarla yada qalıb. Görüşdə hesabı 7-ci dəqiqədə Kameron Jerome açıb. Birinci hissə elə bu hesabla bitib 0:1. “Göztəpə” klubu oyunun 85-ci dəqiqəsində fərqlənib. Dəniz Kadah komandasının sonuncu qolunu vurub. Beləliklə lider “Başakşəhər” doğma meydanda 3 xal itiriblər. “Göztəpə” isə 30 xalla 15-ci pillədə qərarlaşıb.
Turun digər qarşılaşmalarında aşağıdakı komandalar üz-üzə gələcək.
“Antalyaspor” -“Ərzurumspor”,
“Rizəspor”-“Sivasspor”,
“Fənərbağça”-“Trabzonspor”,
“Bursaspor”-“Akhisar Bələdiyəspor”,
“Kayserispor”-“Alanyaspor”,
“Beşiktaş”-“Ankaragücü”,
“Yeni Malatyaspor”-“Kasımpaşa”.
“Qalatasaray”-“Konyaspor”