Sosial 12.02.2024 10:56

Basarkeçər rayonunun alimləri ilə GÖRÜŞ - FOTO

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.
Rakus.az xəbər verir ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərov iclası açıq elan edərək əvvəlcə 7 fevral növbədənkənar prezident seçkilərində qazandığı növbəti möhtəşəm qələbə münasibətilə ölkə başçısı cənab İlham Əliyevi Qərbi Azərbaycan İcmasının üzvləri, bütün dünyadakı Qərbi azərbaycanlılar adından səmimi qəlbdən təbrik etdi, daha qüdrətli Azərbaycan naminə atacağı hər bir addımda böyük uğurlar arzuladı. Sədr Qərbi Azərbaycana qayıdışın bu gün Azərbaycan xalqının ümummilli məsələlərindən olduğunu, ata-baba torpaqlarına qayıdışın soydaşlarımızın ən ümdə amalı olmasını, Basarkeçər rayon icmasının da bu müqəddəs niyyət uğrunda Qərbi Azərbaycan İcmasının ətrafında birləşdiyini vurğuladı.

Sonra Basarkeçər rayon icmasının sədri, alim, cərrah, transplantoloq, hepatoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nuru Bayramov çıxış edərək alimlərin kəndlər üzrə statistik məlumatları təqdim etdi. O, Basarkeçər rayonu üzrə 232 dosent, 72 professor, 2 müxbir üzv və 1 akademik olmaqla ümumilikdə 307 alimin olduğunu bildirdi.

Daha sonra Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı və Səhiyyə komitəsinin sədri, akademik, alim, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi, SSRİ Dövlət Mükafatı, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və Azərbaycan Respublikasının “Şərəf” ordeni, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi Əhliman Əmiraslanova söz verildi. O, çıxışında Göyçə mahalından olan elm adamlarına xüsusi diqqətin göstərilməsindən bəhs etdi. Əhliman Əmiraslanov bununla yanaşı vikipediyada Qərbi azərbaycanlı elm adamlarının geniş məlumatlarının yerləşdirilməsi, Basarkeçər rayonu ilə bağlı yaradılacaq sayt haqqında fikirlərini bölüşdü.

Daha sonra Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Naqif Həmzəyev çıxış etdi. O, Basarkeçər rayonu ilə bağlı nəzərdə tutulan veb-saytında kəndlər üzrə fotolar, elmi məqalələr və rayonun tarixi, mədəniyyəti ilə bağlı məlumatların yer alacağını bildirdi. Naqif Həmzəyev sözügedən məlumatların Qərbi Azərbaycanın tarixi, folkloru, toponimləri və s barədə çox mühüm əhəmiyyətə malik olacağını vurğuladı.

 

Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov çıxışında Basarkeçərin tarixinin, toponimlərinin, folklorunun sistemli şəkildə araşdırılmasının önəmindən bəhs etdi. O vurğuladı ki, Qərbi Azərbaycanın bütün guşələri kimi Basarkeçər də özünün zəngin irsi ilə seçilir, təəsüf ki, ötən əsrdə dörd dəfə baş verən deportasiyalar irsimizə də öz ağır təsirini göstərmiş olub, mədəniyyətimiz də acı qaçqınlıq taleyi ilə üzləşib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə Basarkeçərlə bağlı araşdırmaların sayının artırılmasının önəmindən danışdı. Bu araşdırılmaların aparılmasında hər bir Qərbi Azərbaycanlının verə biləcəyi töhfələri vurğuladı.

Azərbaycan yazıçısı, filoloq alim, əməkdar jurnalist Akif Əli, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, tibb elmləri doktoru, professor Nəsib Quliyev, Berlin Azad Universitetinin müəllimi, siyasi elmlər doktoru Rizvan Nəbiyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərid Ağayev də çıxış edərək təkliflər səsləndirdilər.

Berlin Azad Universitetinin müəllimi, siyasi elmlər dotktoru Rizvan Nəbiyev bildirdi ki, Qərbi Azərbaycana qayıdış istiqamətində siyasət, hüquq, tarix sahəsində çalışan alimlərin alman həmkarları ilə birlikdə tədqiqatlar aparması çox müsbət nəticələr verə bilər. Rizvan Nəbiyev alman alimlərin Qərbi Azərbaycan İcmasına dəvət olunması və onlarla birgə müzakirələrin aparılması kimi təkliflərini səsləndirdi. R.Nəbiyev alman alim Mixael Hessin Ermənistanın Azərbaycana təcavüzü, eyni zamanda deportasiyalar, sürgünlərlə bağlı əsərlərin müəllifi olduğunu vurğulayaraq, Şuşanın irsi ilə bağlı 1500-dən çox sitatın yer aldığı kitabı İcmanın kitabxanasına bağışladı.

Göyçə.az

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO