Sosial 24.11.2019 10:38

Başkənd TU-nın azərbaycanlı dosenti ölkəmizin uğurları ilə öyünür - FOTO

 

Müəllim ailəsində böyüyüb, boya-başa çatıb. Atası Rəşid Bünyatov uzun illər Bakının müxtəlif orta məktəblərində tarix müəllimi işləyib. Anası Fatma xanım Bünyatova isə məşhur “İdrak məktəbi“nin təsisçisi, Konstruktiv Təlim Mərkəzinin yaradıcısıdır…

Gözəl, rəvan, səlis nitqi var. Məntiq, dürüstlük onun bütün söhbətlərini ehtiva edir. Geniş qəlbli, əliaçıq və xeyirxah insandır. Başqalarına yardım etməkdən zövq alır. Düşündüklərini həmin anda dilə gətirməyi bacarır. Ağıllı, iti zəkalı, dərin düşüncəlidir. Son dərəcə qürurlu, mərd, əzimli xanımdır. Xarekteri olduqca güclüdür. Hər sahədə uğur qazanmağa çalışır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün inadla irəli addımlayır. Qarşısına çıxan şansı asanlıqla dəyərləndirə bilir…

Uzun illər Türkiyədə məskunlaşsa da Azərbaycanı çox sevir. Azərbaycanlı olduğundan qürur duyur. Haqqında söhbət açdığım Ülviyə Bünyatova yaz günlərinin birində, Bakı şəhərində dünyaya gəlib. 1984-cü ildə 234 nömrəli məktəbdə orta təhsilini əla qiymətlərlə başa vurub. 1984-cü ildən 1989-cu ilədək BDU-nun fizika fakultəsində ali təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra, həmin il aspiranturaya qəbul olunub. 1992-ci ilədək orada elmi tədqiqatla məşğul olub. 1992-ci ildə Türkiyənin Orta Doğu Universitetinə dəvət alıb, 1996-cı ilədək oranın Kimya bölümündə elmi işçi kimi çalışıb. 1997-ci ildə Bakıya dönüb, elmi işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.

1997-ci ildə yenidən Tükiyəyə qayıdaraq, 2008-ci ilə qədər Ankaradakı beynəlxalq şirkətlərdən birində enerji layihələrinin hazırlanması üzrə menecer vəzifəsində işləyib. 2009-2011-ci illərdə Bakıda yaşayıb, fərdi şəkildə layihə hazırlayaraq, elmi tədqiqatla məşğul olub. 2012-ci ildə Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) layihə müsabiqəsində qrant udub və iki il Başkənd Tibb Universitetində “Çoxfunksiyalı biopolimer nanokompozitin inkişafında innovativ yanaşmalar” adlandırdığı layihə üzrə elmi araşdırmalar aparıb. 2015-ci ildən həmin elm ocağının biomedikal mühəndisliyi fakultəsinin dosentidir…

Hər biri on dörd ay müddətində iki dəfə ABŞ-da ezamiyyətdə olub. İlk dəfə 2016-2017-ci illərdə SUNY Nyu York Dövlət Universitetinə ezam edilsə də, bu dəfə Şimali Karolina ştatındakı Duke Universitetində elmi tədqiqatla məşğul olur.

…İki övladı var. Oğlu Gülbala 29 yaşındadır. Ali təhsilli kompyuter mütəxəssisidir. Londonda universitetdə elmi işçi kimi çalışır. 17 yaşlı qızı Dilarə isə hazırda Şimali Karolina ştatındakı orta məktəblərdən birinin şagirdidir. Ana dili ilə yanaşı türk, rus və ingilis dillərində sərbəst danışır. Uşaqların atası Bəxtiyar Salamov isə Qazi Universitetinin professoru, fizika elmləri doktorudur…

2019-cu ilin yanvar ayından ABŞ-da ezamiyyətdə olan Ülviyə xanım gələn ilin fevralında Türkiyəyə, çalışdığı Başkənd Tibb Universitetində işini davam etməyə qayıdacaq.

Deyir ki,- “Qazandığım uğurlara görə ilk növbədə Allaha, valideynlərimə, ailəmə və professor Zakir Rzayev başda olmaqla müəllimlərimə, eləcə də Türkiyədə yaşdığım zaman mənə “qızım” deyə, dəstək verən, hazırda 91 yaşı olan Yuksel Erimtana minnətdaram”…

İndiyədək 23 elmi məqaləsi beynəlxalq elmi jurnallarda işıq üzü görüb, 4 elmi layihəsi qranta layiq görülüb. İdmanın gimnastika növü ilə mütamadi məşğul olur. Milli təamlarımızı hazırlamaqdan zövq alır. Dini ədəbiyyatı mütaliə etməyi xoşlayır. Oxuduqlarından nümunə kimi- Allah dünyanı yaradıb. İnsanlar müşahidə edib düşünməli, bəşəriyyət üçün faydalı işlər görməlidilər- kəlmələrini dilə gətirir…

Vətən sevgisi onu heç zaman tərk etməyib. Məskunlaşdığı Chapl Hill şəhərində milli və rəsmi bayramlarımızda azərbaycanlılarla bir arada omaqdan rahatlıq tapır. “Azərbaycan son illər çox inkişaf edib. Bu, məni sevindirir. Uzaqda yaşasam da vətənimi canım qədər sevirəm. İstəyirəm ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun. Hamı həyatından razı yaşasın”- söyləyir…

Elman Eldaroğlu,
[email protected]

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO