Basketbol üzrə oyunlar Serbiyada olacaq
Basketbol üzrə Avroliqanın pley-off mərhələsinin oyunlarına Serbiya ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Rakus.az xəbər verir ki, Avroliqa rəhbərliyi turnirin nə vaxt bərpa ediləcəyi haqda hələ məlumat verməyib. Yarışın təşkili üçün məkan tapmaq müəyyən dərəcədə məsələnin yarısının həlli deməkdir.
Bu günlərdə “Srvena Zvezda”nın prezidenti Neboyşa Çoviç bildirib ki, Belqrad yarışı təşkil etməyə qadirdir. O, əvvəlcə mayın 24-də mövsümün bərpa ediləcəyi haqda qərarı gözlədiklərini söyləyib. Klub prezidenti Belqrad şəhər meriyasının onlara belə imkan yaratdıqlarına görə sevindiyini deyib.
N.Çoviçin sözlərinə görə, Serbiya paytaxtı təkcə dörddəbir final mərhələsini yox, ümumiyyətlə müntəzəm çempionatın 6 turunu keçirməyə hazırdır. O, şəhərdə nəqliyyat və səhiyyə sisteminin lazımi tələblərə cavab verəcəyinə əmin olduğunu da qeyd edib. “Srvena Zvezda”nın prezidenti indiki məqamda mövsümü yekunlaşdırmağın zəruri olmasını vurğulayıb.