Siyasi 11.11.2025 21:54

Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “120 il əvvəl ləğv edilib xarabalığa çevrilən kənd” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bayraməli qışlağı, Baytar, Bakər və Bala Zağa toponimi haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi hayların daim əsas hədəfi olmaqla yanaşı, həm də gizli planı olub.

Bayraməli qışlağı – Kərpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayon ərazisində kənd olub. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunub. 1920-ci illərin sonunda kənd ləğv edilib.

Bayraməli qışlağı – Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayon ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq adıdır.

Baytar – Ağbaba mahalının Amasiya rayonunda kənd olub. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1915-cı ildə qırğınlarla qovulublar. Ermənilər bura 1918-ci ildə Qars vilayətinin Quleyban kəndindən köçürülüblər.1991-ci ildə adı dəyişdirilib Hovtun qoyulub.

Bakər – Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan  rayon ərazisində kənd olub və xarabalığa çevrilib.

Bala Zağa – Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd olub. 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunub və kənd ləğv edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan ərazisinə süni yerləşdirilən ermənilərin azərbaycanlılara məxsus toponimlərin yaddan çıxarılmasına yönəlmiş məqsədli plan və siyasəti təbii ki, çirkin düşüncənin nəticəsidir: “Lakin indiki Ermənistanda mövcud olmuş Azərbaycan toponimləri haqqında həqiqətlərin gizlədilməsi, tarixi adların üstündən xətt çəkilməsi ilə bağlı məlumatlar qaranlıqda qala bilməz. Çünki bu adları yadlaşdırmaqla xalqın yaddaşından silmək mümkün deyil”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında noyabrın 11-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS - VİDEO
İdman / 11.11.2025 14:06
Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 11.11.2025 13:22
Qafqazda sovetləşmədən imtina siyasəti – ANONS - VİDEO
Mədəni / 11.11.2025 10:51
Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti - VİDEO
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Təhlil / 04.11.2025 18:57
“Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib ” - FOTO - VİDEO
Elm və təhsil / 04.11.2025 16:04
Əli Hüseynli: “Elm və texnologiyanın sintezi – innovativ inkişafın əsasıdır”
Siyasi / 04.11.2025 15:00
V əsrdən mövcudolan türk yurdu – ANONS - VİDEO
Mətbuat / 04.11.2025 14:06
“AnewZ” 1 yaşını qeyd edir
Müsahibə, Siyasi / 04.11.2025 13:22
“Misirdə imzalanan sənəd çox “kövrəkdir” – ANONS - FOTO
İdman / 04.11.2025 09:25
Xatirə Turniri başa çatır: final matçı və bombardirlər CƏDVƏLİ
Müsahibə, Video müsahibə / 03.11.2025 22:56
“Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır” - VİDEO
Mədəni, Siyasi / 01.11.2025 23:11
“1937 repressiyaları və irəvanlı ziyalıların faciəsi” - VİDEO
Siyasi, Sosial / 31.10.2025 23:34
“Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir” - FOTO - VİDEO