Maraqlı 30.06.2023 20:00

Bazarda torba satan kor erməni pulu daşnaklara verirdi - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Erməni ədavəti – Saral kəndində törədilən faciələr” adlı veriliş Qərbi Azərbaycanın Pəmbək mahalı, Hamamlı (Spitak) rayonu, Saral kənd sakini Dilbər Osmanovanın həyat hekayəsinə həsr olunub.

O, orta məktəbi bitirəndən sonra Azərbaycana gəlib oxuduğunu və ermənilərin onları işlə təmin etmədiyi üçün o vaxt Bakıya gəldiyini söyləyib: “Biz Saralda erməninin içərisində yaşamağımıza baxmayaraq öz adət-ənənələrimizin hamısını qoruyub saxlamışdıq. Bütün ayinləri, bütün mərasimlərin hamısını gözəl keçirirdik. Ermənilərin buna bir növ paxıllığı tuturdu”.

Onun sözlərinə görə, ermənilər həmiçə azərbaycanlılara qarşı məkrlik, paxıllıq edib, faciələr törədiblər: “Ermənilər 14 yaşında iki azərbaycanlı gənc qızı pencər yığmağa gedəndə qızın birini öldürdülər, biri isə qaçıb evə gəlmişdi. Evə gələndə onun dili tutulub, hadisəni danışa bilməyib.  Əli ilə işarə edib, aparıb göstərib, baxıblar ki, orada qızın meyitidir. Sonra bu sağ qalan qıza ermənilər dedilər, sən boynuna götür ki, mən öldürmüşəm, səni biz azad edəcəyik. Yoxsa, səni tutduracağıq. Bu yazıq qız da boynuna götürdü ki, bu qızı guya bu öldürüb. Onu da tutdular.  Çobanın əl-qolunu bağlayıb dağdan buraxmışdılar. Bəy ilə gəlini toylarında öldürmüşdülər. Bunları biz hələ orada yaşayarkən eşitmişdik, görmüşdük”.

D.Osmanova ermənilərin hücum çəkib Saral kəndini neçə ay mühasirədə saxlamasından, camaatı avtobuslara doldurub kənddən çıxarmasından danışıb: “Bir avtobusda bizim poçtalyon Məsim deyilən bir yaxşı kişi var idi. Onun oğlunu, gəlnini, nəvəsini, başqa birinin də nəvəsini orada öldürmüşdülər. Hətta meyitini verməmişdilər”.

Süjetdə Saral bazarında torba, xırda əşyalar satan kor erməninin pulu yığıb daşnaklara necə verməsindən söz açılır, atasının 1917-1918-ci illərdə bir neçə dəfə qaçqın həyatı yaşamasından, anasının qucağında Türkiyəyə getməsindən, oradan piyada dağları aşa-aşa yenidən Saral kəndinə gələn zaman evlərinin ermənilər tərəfindən zıbt edildiyini bildirib.

O deyib ki, bizim fikrimiz, xayalımız həmişə o torpaqda qalıb: “Çünki biz orada böyümüşük. Bizim yaylağımız olub. O yaylağa gedərdik hündar dağlara çıxıb oradan kəndlərə baxardıq. Yəni o xatirələrin hamısı bizim ürəyimizdə yer salıb və indi də ona əlimiz çatdmır deyə biz çox məyus oluruq. İstəyirik ki, biz o torpaqlara qayıdaq. Heç olmasa bir dəfə də olsa o yaylağımızı, o kəndimizi görək. Ümidlə yaşayırıq ki, biz o torpaqlara qayıdacağıq. Mən öz nəvələrimə də, uşaqlarıma da həmişə demişəm biz o torpaqlarda yetişmişik. Siz də bizim uşaqlarımızsınız. Siz gələcəkdə də heç vaxt oranı unutmayın. İnşallah, uşaqlarım, nəvələrim o torpaqları görər. Gözəl torpaqlar idi, hər şey bitirirdi”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Dilbər Osmanovanın “Həyat Hekayə”si iyunun 30-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO