Siyasi 17.02.2026 23:17

Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt, Bərk dərə, Bərgüşad – türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qafqazın xəritəsində Beyxtaş kimi yazılan Bəkdaş” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt toponimi, Bərk dərə və Bərgüşad oronimi haqqında söz açılır.

Bildirilir ki, ermənilər tarix boyu yalan məlumatlar yaymaqla məşğul olub, bəd əməllərlə qidalanıblar: “Haylar mənəvi dəyərlərə, insanlığa zərbə vuran, şər-böhtana əsaslanan qatı millətçi siyasətlə qədim türk məskənlərini viran qoyub, xarabalığa çevirib, izlərini itiriblər”.

Bəkdaş – Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən qırğınlarla qovulub, 1920-ci ildə öz evlərinə dönüblər. Bu türk yurdu 1973-cü ildə ləğv edilib və ölü kəndə çevrilib.

Bələk/Balak – Zəngəzur mahalının Sisyan rayonunda kənd adıdır. Bazarçay çayının sağ sahilində yerləşən kəndin adı 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə qeyd edilib. Ermənilər bura 1828-1829-cu illərdə İranın Salmas vilayətindən köçürülüb və  azərbaycanlılar tarixi torpaqlarından qovulublar.

Bənövşəbuşt – Zəngəzur mahalının Meğri rayonu ərazisində kənd olub. Əhalisi 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunandan sonra kənd xaraba qalıb.

Bərk dərə – Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda dərə adıdır.

Bərgüşad – Zəngəzur mahalında dağ adıdır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan həm coğrafi məkan, həm də toponim olaraq oğuz-türk dünyası üçün zəngin tarixə və mühüm əhəmiyyətə malikdir: “Təbii ki, indi ta qədimdən türk tayfalarının qurduğu, yaşadığı və milyon illik tarixin yaddaşına həkk olunmuş bu əraziyə qayıdışın, insani həyatın yenidən canlandırılmasının zamanıdır”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 17-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 17.02.2026 23:17
Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt, Bərk dərə, Bərgüşad – türk tarixinin izi
Sosial / 17.02.2026 14:22
Qaraçorlu türk tayfasının adını daşıyan dağ – ANONS - VİDEO
Səhiyyə / 17.02.2026 10:00
Onu görən uşaq deyir: “Mən də həkim olmaq istəyirəm” - FOTO
Elm və təhsil / 14.02.2026 23:43
Qərbi Azərbaycan ərazisində tapılan antropoloji qalıqlar kimlərə aiddir? - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 23:39
“Erməni həkim zədələnən ayağı qəsdən kəsirdi ki, azərbaycanlı əlil qalsın” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 14:22
“Çaxmaq kəndinə nəvələrimlə qayıdacam” – Əli Novruzovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 12.02.2026 23:48
“Ermənistanın hüquqi tələsi: Konstitusiya dəyişmədən sülh mümkündürmü?” - VİDEO
Siyasi / 12.02.2026 14:22
İrəvanda sülhə qarşı qorxu ritorikası – ANONS - VİDEO
Hərbi, Siyasi / 11.02.2026 23:17
“Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı” - VİDEO
Siyasi / 11.02.2026 14:22
Çar Qafqazda qanlı toqquşmaları niyə dayandırmışdı? – ANONS - VİDEO
Sosial / 11.02.2026 10:08
“Bələdiyyənin xəbəri olmadan sənədlər saxtalaşdırılır” – Hümbət Hüseynov - FOTO
Siyasi, Sosial / 10.02.2026 23:16
Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO