Bələdiyyə seçkilərində təşviqat materialları üçün yerlərin müəyyənləşdirilməsi başa çatır
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı bir sıra proseslər bu gün başa çatır.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti səsvermə gününə azı 30 gün qalanadək, yəni 2019-cu il noyabrın 23-dək başa çatır.
Yerlər dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları tərəfindən müəyyən edilir.
Bundan əlavə səsvermə protokollarının hazırlanması müddəti də səsvermə gününə ən geci 30 gün qalanadək, yəni 2019-cu il noyabrın 23-dək başa çatmalıdır. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən hazırlanır.