Siyasi 07.03.2025 22:47

“Paşa babamla Usub kişi bir ov gülləsi ilə hayları geri oturdublar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az  xəbər verir ki, “Bizim camaat 4 departasiya dövründən keçib” adlı veriliş Göyçə mahalı, Basarkeçər rayonunun Pəmbək kənd sakini Əlisəfa Şəbəndiyevin    həyat hekayəsinə həsr olunub.

O, 1963-cü ildə doğulduğunu, uşaqlıq illərinin müxtəlif epizodlarla yaddaşnda qaldığını deyib: “Uşaqlıqda, məktəb illərində qartopu oynayardıq, xizək sürərdik, qar adamı düzəldərdik. Göyçə gölü donurdu, dənizdə balıq tutmağa gedirdik. Novruz bayramını çox təm-təraqlı keçirirdik. Yay aylarında kənd füsunkar təbiətə malik olurdu. Aşıq-aşıq, çilingağac, ortadadurma oynayır, dənizdə çimirdik. Gözəl müəllimlərimiz olub. Sonralar mən də məktəbdə müəllim işlədim”.

Onun sözlərinə görə, Göyçə gölü ilə Pənbək kəndi arasındakı məsafə 1 kilometr idi. Kənddə 15-ə yaxın tayfa olub və bunlar bir-birinə qarşı çox mehriban olublar. Çox sayda yurd yerləri, dağlar, bulaqlar, əkin sahələri, qəbristanlıq, qədim qəbir daşları var idi. Kəndin ortasından axan Pəmbək çayı Göçə gölünə tökülürdü. Toponimlərin hamısı türk adları idi.

Pəmbək kənd sakini hələ 1984-cü ildə məktəbdə işlədiyi müddətdə   ermənilərin dəyişən mənfi münasibətindən söz açıb: “Rayona avtobusla gedib gəldikcə ermənilər müəyyən zorakı hərəkətlər edirlər. Getdikcə vəziyyət çətinləşirdi. 1988-ci ildə kəndin işıqlarını kəsirdilər.  Basarkeçər rayonundan ərzaqları gətirmirdilər, cəmatın vəziyyəti getdikcə ağırlaşırdı. Rayonun 32 Azərbaycan kəndinə qarşı mübarizə davam edirdi. Kişilər hər axşam kəndi qoruyurdu. 1988-ci il noyabrın axırı, dekabrın əvvəllərində təzyiqlər gücləndikcə yavaş-yavaş köç karvanları başladı. Köç karvanları Çəmbərək rayonu tərəfdən Gədəbəyə keçməli idi. Ermənilər karvanın qabağını kəsib, camaata işgəncə verib benzin çəni gətirib köçü yandırmaq istəyirdilər. Rus əsgərlərinin köməyi ilə bunların qabağı alındı. Biz də ailəmizlə birlikdə Gəncə şəhərinə, oradan da Bakıya gəldik”.

Ə.Şəbəndiyev 1949-1953-cü illərdə ermənilərin kəndə hücum etməsindən, Vətən həsrəti və doğma yurda qayıdış istəyindən danışıb: “1949-cu ildə bizim kəndə hücum olub. Camaat ermənilərə müqavimət göstərib və haylar qorxudan qaçıb gediblər. 1988-ci ildə ata-babalarımızın evləri, tariximiz, gəncliyimiz, məzarlarımız o yerlərdə qaldı. Ermənilər daşnakcasına qəbristanlıqları dağıdıblar. Qarabağ camaatı öz yerlərinə qayıtdı, əminəm ki, biz də mütləq Göyçəyə qayıdacaq, ata-baba yurdlarımızı ziyarət edəcəyik”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 7-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO