İqtisadi 18.10.2019 11:02

Bərpa olunan enerji mənbələri ilə bağlı təkliflər prezidentə təqdim ediləcək – Şahbazov

“Azərbaycan Paris Sazişinə qoşulub, 1990-cı illə müqayisədə 2030-cu ilədək istixana qazı emissiyalarının 35%-dək azalmasına dair öhdəlik götürüb və növbəti on ildə elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payını artırmağa çalışır”.

Rakus.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib.

O, bildirib ki, bu hədəflərə, o cümlədən enerji səmərəliliyinə nail olmağın, istehsaldan istehlakadək dəyər zəncirinin bütün həlqələrinin bir-birindən ayrılaraq, rəqabətli enerji bazarını formalaşdırmağın yolu isə məhz islahatlardan keçir: “Ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq etdiyi “Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 29 may 2019-cu il tarixli sərəncamı energetika sektorunda əsaslı dəyişiklikləri təmin edən strateji sənədlərdir. Bu sənədlər energetika sektorunda islahatların istiqamətlərini, vaxtını və hökumətin bu prosesdə qərarlılığını aydın göstərməklə, qısa, orta və uzunmüddətli perspektivdə enerji siyasətinin və ölkənin gələcək enerji mənzərəsinin konturlarını müəyyənləşdirir. Energetika sektorunda institusional islahatların aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, özəl, eləcə də, xarici investisiyaların cəlb edilməsi, rəqabət mühitinin yaradılması və yeni qanunvericilik bazasının yaradılmasından ibarət yeni mərhələyə artıq başlanıb.

Mühüm istiqamətlərdən biri kimi bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflər hazırlanıb. Müvafiq dövlət qurumları ilə müzakirəsi yekunlaşdıqdan sonra təkliflər prezidentə təqdim ediləcək”.

Nazir hesab edir ki, bu sahədə əlverişli investisiya mühitinin yaradılması, ilk növbədə, təşviqedici tədbirlərin formalaşdırılması ilə bağlıdır: “Bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması, zəmanətli tariflərin, güzəştli vergi və gömrük rejimlərinin tətbiqi, bərpa olunan enerji qurğularının tikintisinə və istismarına icazə verilməsinin sadələşdirilməsi və kiçik güclər üçün aktiv istehlakçının dəstəklənməsi təşviqedici tədbirlər kimi nəzərdən keçirilir. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması ölkə üçün əlverişli şərtlərin əldə edilməsinə, bu sahədə iri layihələrin həyata keçirilməsinə və investisiya cəlbinə imkan verir. Nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə aparılmış araşdırmalar nəticəsində yüksək potensiala malik 8 sahə müəyyənləşdirilib və bu sahələrdə bərpa olunan enerji mənbələri ərazilərinin yaradılması mümkün hesab edilib. Bu ərazilərdə enerji infrastrukturunun təmin edilməsi və ekoloji qiymətləndirmə üzrə hazırlıq tədbirləri davam etdirilir. Layihələrin həyata keçirilməsi üçün maneələrin və investisiya qoyuluşu üçün riskli sayıla biləcək amillərin aradan qaldırılması yönündə işlər görülür. Eyni zamanda bərpa olunan enerji üzrə istehsal güclərinin ümumi şəbəkəyə inteqrasiyasının təmin edilməsi və şəbəkənin gücləndirilməsi üçün beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə aparılan təhlillər əsasında mövcud vəziyyət qiymətləndirilib.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, TOTAL, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir. Ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində iri həcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO