Müsahibə 20.03.2019 12:48

Beş yaşlı qız möcüzələr yaradır - FOTO

 

İctimaiyyət həmişə istedadlı uşaqları maraqla qarşılayır, onlara rəğbət bəsləyir. Belə uşaqlardan biri də Mədinə Tağızadədir. Onun cəmi 5 yaşı olmasına baxmayaraq, xüsusi qabiliyyətlərinə görə yaşıdlarından fərqlənir. Belə ki, Mədinə musiqini çox sevir. O, dəfələrlə müxtəlif ifalarla konsertlərdə çıxış edib. Maraqlı cəhət ondan ibarətdir ki, bu 5 yaşlı qız gimnastika, şahmat və üzgüçülüyə də böyük həvəs göstərir. Bu sahələrlə məşğul olan Mədinə ilə görüşüb, həmsöhbət olduq. Məlum oldu ki, Mədinə həm də özünün hazırcavablığı, səmimiliyi ilə seçilir.

-Mədinə, necə oldu ki, musiqi ilə məşğul olmağa başladın?

-Musiqiyə həvəsim var. Ailəmizdə anam, atam da musiqini çox sevir. Anam pianoda, atam isə hərdən tarda ifa edir. Bəlkə də, onlardan mənə keçib bu sevgi. Sentyabrdan Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına piano və xor dərslərinə gedirəm. Çox maraqlıdır. Musiqi başqa bir aləmdir.

-Necə yəni başqa bir aləm?

-Yəni dinləyəndə həmişə sakit və rahat oluram.

-Ən sevdiyin mahnı hansıdır?

– “Sarı gəlin”. Çünki anam həmişə laylay kimi bu mahnını mənə oxuyurdu. “Gözəlim sənsən”, “I want to spend my life time”, “September”, “Море, Море”, “Natali”. Bir də Michael Ceksonun mahnılarını sevirəm.

-Mədinə, hələ bu yaşında musiqidə böyük uğurlar qazanmısan. Hətta Filarmoniyada konsertin də olub. Həmin konserti necə xatırlayırsan?

– Musiqi duyumumu yoxlayan Ağaverdi müəllim mənə çox şey öyrədib. O, dirijordur. Bir konsertdə qarşılaşdıq. Dedi ki, istedadlıyam və sonradan məsləhətlər verdi. Ona təşəkkür edirəm.

Konsert çox maraqlı keçib. Tədbir bitəndə qonaqlar əl çaldılar, mənə gül verdilər. Həmin gün hər şey çox yaxşı idi.

-Bildiyimə görə, idmanla da məşğulsan…

-Bəli, Kreativ İnkişaf Mərkəzində gimnastikaya və şahmat məşqlərinə getmişəm. Üzgüçülüklə də məşğul oluram.

-Niyə məhz bu idman növləri?

-Belə düşünürəm ki, gimnastika qızlara ən uyğun idman növüdür. Şahmata həvəsim var. Üzgüçülük isə sağlamlıqdır.

-Necə deyərlər, 5 barmağında 5 istedad var. Əgər gələcəkdə seçim arasında qalsan, sadaladığımız sahələrdən hansını seçərsən?

-Musiqini. Çünki vokal ifaçısı olmaq istəyirəm.

-Yəqin ki, doğmaların ev şənliklərində səndən mahnı oxumağını xahiş edirlər. Münasibətin necə olur?

-Əlbəttə, yaxşı. Evdə öz mikrafonum var. Mikrafonumu hər dəfə geyimimə uyğun bəzəyirəm. Onu əlimə alıb “səhnə”yə çıxıram və başlayıram oxumağa.Kağızdana biletlər düzəldirəm, onu tamaşaçılar arasında paylayıram. Ardınca da “bir neçə dəqiqəyə konsert başlayacaq” deyib səhnə paltarlarımı geyinərək geri qayıdıram. (utana-utana gülür).

-Məktəqəqədər hazırlıq kurslarına hansi məktəbə gedirsən? Dərslərin necədir?

– İyirmi nömrəli məktəbə gedirəm. Dərslərim yaxşıdır. Müəlliməm Yelena Yuryevnanı çox sevirəm.

– Səni televiziyada gördüm, dəqiq və gözəl rəqs etməyin diqqətimi cəlb etdi. Televiziyada çıxışın və rəqs barədə nə deyə bilərsən?

–  Məktəbdə İspan rəqsini hazırladıq. Rəqs qrupuyla birgə Xaçmaza getdik. ARB telekanalında çəkilişimiz oldu. Space telekanalında isə “İdman hamı üçün” verilişinə çəkdilər. Maraqla televiziyada məni göstərəcəkləri günü gözləyirdim.

-Dostların çoxdu?

-Bəli, var. Yusif, Nuray,Nihad, Zəhra. Onları çox sevirəm.

-Səncə, əsl dost necə olmalıdır?

-Əsl dost sirr saxlamağı bacarmalıdır. Həmişə səni müdafiə etməlidir. Mənim ən yaxın və ən yaxşı dostum babamdır. Onu çox istəyirəm.

-Necə düşünürsən, dərslər başlayandan sonra həm musiqiyə, həm də idmana vaxt ayırmaq çətin olmayacaq ki?

-Bilmirəm. Ancaq çalışacam ki, çatdırım.

-Fikrincə, bacarıqlı musiqiçi olmaq üçün ən vacib keyfiyyət hansıdır?

-Həvəs. Məsələn, mənim musiqiyə həvəsim var ki, onunla məşğul oluram.

-Bu yaxınlarda 8 Mart beynəlxalq Qadınlar Gününü qeyd etdik. Kimləri təbrik etdin?

-Əlbəttə ki, ilk növbədə anamı, nənələrimi. Onlar da məni təbrik etdilər. Hədiyyə almağı sevirəm.

-Bəs Novruz bayramı ilə nə bilirsən?

-Novruz mənim ən çox sevdiyim bayramlardandır. Gözəl oyunları, ənənələri var. Xüsusilə də kosa ilə keçəlin deyişmələri çox xoşuma gəlir. Qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi təbrik edirəm.

-Cavabların üçün çox sağ ol, Mədinə.

-Siz də sağ olun.

Mədinədən ayrılıram. Amma bir şey məni əməlli-başlı düşündürür. Görəsən, oxucumuz Mədinənin suallara bu qədər səlis və dəqiq cavablarına mənim heç bir müdaxiləm olmadığına inanacaqmı? Axı, Mədinənin daha bir istedadı onun öz fikrini səlis və məntiqli ifadəsində üzə çıxdı…

Kənan Novruzov

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO