Siyasi 03.02.2026 22:46

Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Zəngəzurun tarixə söykənən Beşbarmaq qışlağı” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı toponimi və Bəybuğan oronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycanda coğrafi adların mənasının, mənşəyinin və yayılma arealınının itirilməsi, oğuz türklərinə məxsus tarixi məkanların xaraba qoyulması, bir sözlə, tarixin saxtalaşdırılması ermənilərin bizə yaşatdığı danılmaz gerçəklikdir.

Beşbarmaq – Zəngəzur mahalının Gorus rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib.

Bəbirli – Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. Burada 1860-cı illərədək yalnız azərbaycanlılar yaşayıb. Ermənilər bura 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-1920-cı illərdə Muş və Bulanis vilayətindən köçürülüblər. 1947-ci ildə adı dəyişdirilib Bartsraşen qoyulub.

Bəbirli yeri – Zəngəzur mahalının Gorus rayonunda yurd yeridir.

Bəzirxana – Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonda kənd adıdır. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulub.

Bəybalı – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. XIX əsrin əvəllərində ləğv edilib və xaraba kəndə çevrilib.

Bəybuğan – Zəngəzur mahalının Meğri rayonu ərazisində dağ adıdır. Bu oronimin adı dəyişdirilib Bağaysar qoyulub.

Sonda vurğulanır ki, 19-cu və 20-ci əsrlərdən başlayaraq havadarları tərəfindən ordan-burdan məqsədli şəkildə gətirilərək yerləşdirilən ermənilər əzəli oğuz yurdlarından azərbaycanlıları didərgin salıblar: “Bu gün Qərbi Azərbaycan ərazisində yerləşən tarixi mahal və rayonlarında bir nəfər də olsun oğuz türkü qalmayıb, onların izi belə silinib. Təbii ki, biz bu həqiqətləri, eləcə də toponimlərimizi, doğma yurd yerlərimizi unutmuruq və tarixi  torpaqlarımıza qayıdış üçün ədalətli mübarizəmizi davam etdiririk”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 3-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO