“Beşiktaş” səfərdə “Sivasspor”a məğlub oldu - FOTO
Futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun növbəti oyunu keçirilib.
Rakus.az xəbər verir ki, ötən mövsüm 65 xal toplayaraq çempionatı üçüncü pillədə başa vurmuş “Beşiktaş” komandası səfərdə “Sivasspor”la qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda meydan sahibləri 3:0 hesabı ilə rəqibinə qalib gələrək üç xala sahib olublar. Sivassporluların heyətində görüşün 30-cu dəqiqəsində Mert Hakan Yandaş, Mustafa Yatabare (54) və Emre Kılınç (76) fərqləniblər.
Beləliklə, hücumçu Burak Yılmazın zədə səbəbindən heyətdə yer almadığı oyunda İstanbul təmsilçisi mövsümün ilk oyununa məğlubiyyətlə başlayıb. Xatırladaq ki, ötən gün son çempion “Qalatasaray” komandası “Dənizlispor”a səfərdə uduzub.
Bu gün keçirilən “Gənclərbirliyi” – “Rizəspor” və “Kayserispor” – “Alanyaspor” matçlarının hər ikisi eyni hesabla qonaqların qələbəsi ilə yekunlaşıb – 1:0.
Turun “Konyaspor” – “Ankaragücü”, “Göztəpə” – “Antalyaspor”, “Kasımpaşa” – “Trabzonspor” və “Yeni Malatyaspor” – “Başakşəhər” görüşləri avqustun 18-də oynanılacaq.