Soul janrının əfsanəvi nümayəndəsi Betti Rayt 66 yaşında dünyasını dəyişib.
Rakus.az xəbər verir ki, bunu “Twitter”də müğənninin qardaşı oğlu yazıb: “Bu səhər xalamı itirdim. Çox pis oldum. Ruhun şad olsun, Betti Rayt xala, mələk oldun. Xalam bir əfsanə”.
Müğənninin ölüm səbəbi hələlik dəqiq bəlli deyil.
Xatırladaq ki, “Qremmi” mükafatçısı B.Rayt Maykl Cekson, Beyonse, Cennifer Lopez kimi məşhurların mahnılarının müəllifi də olub.