Siyasi 24.02.2026 23:41

Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “436 yaşlı türk kəndi necə erməniləşdirildi?” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul toponimi haqqında söz açılır.

Bildirilir ki, qədim türk-oğuz yurdlarına süni yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi təxribatlarla məşğul olublar.

Bəxtiyar – Şəmşəddil mahalının Karvansara, sonralar İcevan adlandırılan rayon ərazisində kənd olub.

Bilək – Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov və Vayk adlandırılan rayonda kənd adıdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunub və 1920-ci ildə ləğv edilib. İndi xaraba kənddir.

Birəli – Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd adıdır. Kəndin adı tarixi mənbələrdə Pirilər, Yuxarı Pirli, Birəli kimi qeyd edilib. 1968-ci ildə kəndin adı dəyişdirilib Lancar qoyulub.

Birinci Alyanlı – Zəngəzur mahalınım Gorus rayonu ərazisində kənd olub və 1905-1906-cı illərdə dağıdılaraq xarabalığa çevrilib.

Birinci Bəhlul – Talın mahalının Talin rayonu ərazisində kənd olub və 1940-cı ildə ləğv edilərək xarabalığa çevrilib.

Sonda vurğulanır ki, özlərini dünyaya yazıq kimi  göstərən ermənilərin bəd əməllərinin qurbanı daim Qərbi azərbaycanlılar və onlara məxsus toponimlər olub: “Lakin bütün hiylələrə, çətinliklərə, saxtakarlıqlara baxmayaraq əsl həqiqət itməyib. Əminik ki, hər zaman ağır sınaqlardan uğurla çıxan oğuz türklərinin doğma yurd yerlərinə yenidən qayıdışı hayların bəd niyyətli bütün planlarını puça çıxaracaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 24-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO
Siyasi, Sosial / 17.02.2026 23:17
Bəkdaş, Bələk/Balak, Bənövşəbuşt, Bərk dərə, Bərgüşad – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 17.02.2026 14:22
Qaraçorlu türk tayfasının adını daşıyan dağ – ANONS - VİDEO
Səhiyyə / 17.02.2026 10:00
Onu görən uşaq deyir: “Mən də həkim olmaq istəyirəm” - FOTO
Elm və təhsil / 14.02.2026 23:43
Qərbi Azərbaycan ərazisində tapılan antropoloji qalıqlar kimlərə aiddir? - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 23:39
“Erməni həkim zədələnən ayağı qəsdən kəsirdi ki, azərbaycanlı əlil qalsın” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.02.2026 14:22
“Çaxmaq kəndinə nəvələrimlə qayıdacam” – Əli Novruzovun “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 12.02.2026 23:48
“Ermənistanın hüquqi tələsi: Konstitusiya dəyişmədən sülh mümkündürmü?” - VİDEO
Siyasi / 12.02.2026 14:22
İrəvanda sülhə qarşı qorxu ritorikası – ANONS - VİDEO
Hərbi, Siyasi / 11.02.2026 23:17
“Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı” - VİDEO
Siyasi / 11.02.2026 14:22
Çar Qafqazda qanlı toqquşmaları niyə dayandırmışdı? – ANONS - VİDEO
Sosial / 11.02.2026 10:08
“Bələdiyyənin xəbəri olmadan sənədlər saxtalaşdırılır” – Hümbət Hüseynov - FOTO
Siyasi, Sosial / 10.02.2026 23:16
Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO