Sosial 04.09.2019 14:04

Biz ismayıllılar belə deyilik

 

Allahın bəxş etdiyi, təbiətin yaratdığı gözəlliklərin diyarı, Azərbaycanın mirvarisi İsmayıllıdan olduğum üçün Allahıma çox minnətdaram. İsmayıllının yetişdirdiyi elm adamları, dövlət xadimləri və incəsənət nümayəndələri ilə daim fəxr etmişəm məndə İsmayıllıdanam. İki gün əvvəl də İsmayıllıda oldum. Son dövrlər İsmayıllıda aparılan abadlıq-quruculuq və görülən digər işləri nəticəsi olaraq rayonumuzda olan inkişaf məni mox sevindirdi. Rayonda gəzərkən şəhərin Günəşli adlanan ərazisində yeni tikilən uşaq bağçasının ətrafındakı mənzərə məni çox məyus etdi. Elə gözəl bir binanın hasarının eybəcər formada kəsintili, çıxıntılı olması binaya və əraziyə uyğun gəlməyən formada idi. Yaxınlıqda yaşayan sakinlərdən biri ilə söhbət edərkən bunun səbəbini soruşdum. Eloğlumuzun dərdi açıldı nə açıldı.

– Eloğlunun dedikləri: Rayonun əvvəlki rəhbərliyinin vaxtında rayonda olan uşaq bağçalarının hamısını özəlləşdirdilər, satdılar. Bu İsmayıllının gələcəyi olan uşaqlarımızı düşünmədilər. İndi də düşünənlərə imkan vermirlər. Sağ olsun Prezidentimizi İsmayıllıda yeni uşaq bağçasının tikintisi üçün sərəncam verdi. Bağçanın tikintisi üçün rayonda boş yer tampaq böyük qlobal problemə çevrildi. O vaxtlar ləğv edilən Torpaq Komitəsinin İsmayıllı nümayəndəsi Rövşən Beybutov rayonda harda 2 metr boş yer görübsə keçirib qohum-əqrabasının adına. Qardaş insana nə qədər torpaq lazım olar?. Rayonda bəlkə də 50 yerdə torpaqları var, haranı soruşursan Beybutovların adına çıxır. Şəhərdə “VAZ” deyilən yer var. Oranı alıblarmış indi orda böyük tikintilər aparır. Eyni vəziyyət orda da var bütün günü məhkəmədədir ordakı tikinti aparanlarla. Oralarda da harda boş yer olubsa keçirib adına.

Orda illərlə işləyənlər birdə ayılıblar ki, illərlə işlədikləri iş yerləri sən demə Beybutovlarındır. Bu gördüyünüz yeni tikilən bağçanın hasarının da əyrisi həmin Beybutovun mərifətidir. Əlində möhürt olan vaxtı buraları  da keçirib adına indi də burdan beş metr yeri bu İsmayıllının gələcəyi olan uşaqlara qıymadı. Bu cür gözəl tikilini bax belə şikəst elədilər. Belələrinə nə ad verəsən? Bunlara necə İsmayıllı övladı deyəsən?

Eloğluna deməyə söz tapmadım. Bircə onu dedim ki, düz deyirsən ay eloğlu, biz İsmayıllar belə deyilik.

Sahib Muradlı

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO