Siyasi 10.02.2026 23:16

Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Ermənistan prezidentinin saxta Bəyrabad qərarı” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bəykənd və Bəyrabad toponimi haqqında söz açılır. Bildirilir ki, türk-oğuz məkanlarına erməni köçünün başlaması, Azərbaycan ərazilərinə hayların süni şəkildə yerləşdirilməsi əsasən Türkmənçay müqaviləsindən sonra daha  geniş vüsət alıb: “Məhz bunun nəticəsində yüzlərlə daşınmaz tarix, mədəniyyət, dini abidələr dağıdılıb, mənimsənilib və yadlaşdırılıb”.

Bəykənd – Şörəyel mahalının Ərtik, sonralar Artik adlandırılan rayonda kənd adıdır. 1920-ci ildə adı dəyişdirilib Pokr Parni, 1969-cu ildə isə Anuşavan qoyulub.

Bəykənd – Pəmbək mahalının Hamamlı, sonralar Spitak adlandırılan rayonda kənd adıdır. Adı “İrəvan əyalətinin icmal dəftəri”ndə Bəykənd kimi yazılsa da, XIX əsr rus və erməni mənbələrində Bekant formasında qeyd edilir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Medz Parni qoyulub.

Bəyrabad – Göyçə mahalının Çəmbərək, sonra Krasnoselo adlandırılan rayonda kənd adıdır. Ərazisi 1897-ci ilə kimi Gölkəndin tabeliyində olub. 1919-cu ildə azərbaycanlılar deportasiyaya məruz qalıblar. 1920-ci ildə sağ qalan kənd sakinləri doğma ocağlarına dönüblər. Nəhayət. 1988-ci ildə azərbaycanlılar yenidən tarixi-etnik torpaqlarından qovulublar.  1991-ci ildə adı dəyişdirilib Barenat qoyulub.

Sonda vurğulanır ki, 198 il öncə, 1828-ci il fevralın 10-da Rusiya İmperiyası və Qacar İranı arasında imzalanmış Türkmənçay müqaviləsi torpaqlarımızın bölünməsi ilə yanaşı, toponimlərimizin məhv edilməsi baxımından da unudulmur: “Təbii ki, adları hiyləgərliklə erməniləşdirilən Qərbi Azərbaycan ərazisi, qədim yurd yerlərimiz özünün köklü sakinləri olan azərbaycanlıların qayıdışını hər an səbirsizliklə gözləyir”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında fevralın 10-da saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.02.2026 23:16
Bəykənd və Bəyrabad toponimi – türk tarixinin izi
Siyasi, Sosial / 10.02.2026 14:22
Erməni və rusların adını təhrif etdiyi türk yurdu – ANONS - FOTO
Elm və təhsil / 07.02.2026 23:37
Azərbaycanın alt qatlarında gizlənən 5000 illik tarixi - VİDEO
Siyasi, Sosial / 06.02.2026 23:58
“Dörd yaşlı kiçik oğlum qarda 14 kilometr piyada gəldi” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.02.2026 14:22
“Bizim də yurd həsrətimiz bir gün bitəcək” – Şakir Mikayılovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 05.02.2026 22:38
“Erməni ritorikasında yeni xətt: sülh adı ilə dilənçilik” - VİDEO
Siyasi / 05.02.2026 14:22
İrəvanın qorxusu: torpaq, yoxsa həqiqət? – ANONS - VİDEO
Siyasi / 04.02.2026 23:43
“Osmanlıda alınmayan planlar Cənubi Qafqaza daşındı” - VİDEO
Siyasi / 04.02.2026 14:22
“Çar Rusiyası erməni terroruna niyə dözdü?” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.02.2026 22:46
Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.02.2026 14:22
Bəybuğan dağı necə Bağaysar oldu? – ANONS - FOTO - VİDEO
Elm və təhsil / 02.02.2026 10:01
“Basarkeçər həkimləri” kitabının təqdimatı keçirilib – FOTO - FOTO
Gündəm / 02.02.2026 00:02
Azərbaycanda Gənclər Günü qeyd olunur
Hərbi / 31.01.2026 23:40
Türk silah mədəniyyəti və Avropa zirehlərindən fərqi - VİDEO
Siyasi, Sosial / 30.01.2026 23:12
“Atam evdə “İravanda xan qalmadı” mahnısını oxuyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 30.01.2026 14:22
Arınc sevgisi ilə yaşayan Nigar Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 29.01.2026 22:56
“Azərbaycan dilinin hüquqi statusu Ermənistan parlamentində müzakirə oluna bilər” - VİDEO
Siyasi / 29.01.2026 14:22
“Seçkilərdə Paşinyanın Qərbi Azərbaycan kartı” – ANONS - VİDEO
Mədəni, Siyasi / 28.01.2026 23:40
“Spendiarovun musiqisi ermənilərin İrəvan saxtakarlığını ifşa etdi” - VİDEO
Mədəni / 28.01.2026 14:22
“İrəvan etüdləri” – səsli türk portreti – ANONS - VİDEO
Siyasi, Sosial / 27.01.2026 22:55
Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə, Bekciqazlı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 27.01.2026 14:22
Tarixi XV əsrə dayanan türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 27.01.2026 11:00
Göygöldə Abbas Göyçəgölün 2 kitabının təqdimatı olub - FOTO
Mətbuat / 25.01.2026 12:07
“Yeni Sabah” 7 yaşını qeyd edir
Hərbi / 24.01.2026 23:45
Azərbaycanda yerli silah ənənələri necə formalaşıb? - VİDEO
Siyasi, Sosial / 23.01.2026 23:26
“Rus generallar bizə dedilər ki, burada yaşaya bilməzsiniz, köçün” - FOTO - VİDEO