Paşinyanın səfəri qanunsuzdur- Xələf Xələfov
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır.
Rakus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, N.Paşinyanın işğal altında olan ərazilərimizə səfəri danışıqlar prosesi baxımından destruktiv addımdır:
“Bu, danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, həm də münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Belə səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normaları pozub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsın və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşınyanın səfəri ağlabatan deyil”.