Beynəlxalq matçlar 2021-ci ildən əvvəl başlamayacaq
FIFA-nın vitse-prezidenti Viktor Montalyani koronavirus pandemiyası səbəbindən təxirə salınan beynəlxalq oyunların bərpa olunması ilə bağlı fikirlərini bölüşüb.
Rakus.az xəbər verir ki, kanadalı funksioner beynəlxalq matçların 2021-ci ildən əvvəl başlamasının qeyri-mümkünlüyü fikrini ifadə edib.
“İnanıram ki, yerli futbol prioritetdir. Sentyabr hələ plandadır, amma buna əmin deyiləm. Çünki indi hər şey dəyişir. Beynəlxalq sərhədləri keçərkən problemlər ola bilər. Futbol qarşılaşması üçün yaşıl işıq olarsa, azarkeşlərlə baş tutacağına şübhə edirəm. Mən, sadəcə onu görmürəm, düşünürəm kİ, bu, çox böyük bir riskdir” deyə Montalyani vurğulayıb.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.