Bəzi ərazilərdə qaz təchizatı dayandırıldı
Bu gün səhər saat 10:00-dan etibarən işlər bitənədək Pirallahı rayonu, yeni yaşayış massivində qaz təchizatı dayandırılıb.
Rakus.az-ın “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, bu, ərazidə məcburi köçkünlər üçün inşa edilmiş 306 mənzildən ibarət yaşayış binasına məxsus qaz xəttinin orta təzyiqli qaz xəttinə birləşdirilməsi ilə əlaqədardır. İşlər tamamlanana qədər təqribən 3 000 abonentin qaz təchizatı müvəqqəti olaraq saxlanılıb.
Bundan başqa, Nərimanov rayonu, “Dəmiryol-30” ünvanında bu gün saat 10:00-dan etibarən yenidənqurma işləri ilə bağlı qaz təchizatı dayandırılıb. İşlər yekinlaşana qədər 1 000 istehlakçının qaz təchizatında fasilə yaranıb.
Eyni zamanda, Xəzər rayonu, Mərdəkan qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərinin sınaq işləri ilə bağlı olaraq qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Buna görə də bu gün saat 11:30-dan işlər başa çatanadək Mərdəkan bağları yaşayış massivinin 2 000 abonentinin qaz təchizatı müvəqqəti olaraq saxlanılıb.