Bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin bir hissəsi, N.İsmayılov prospekti, Bünyadov və Ş.Kamilov küçələrində orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən təbii qaz təchizatı dayandırılacaq.
Rakus.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, orta təzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatanadək Yasamal rayonu, Mətbuat və N.Nərimanov prospetləri, Şərifzadə, H.Cavid küçələri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, S.Əsgərova, Ş.Əzizbəyov küçələri və Fövqəladə Hallar, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi yerləşən ərazilərdə qaz təchizatı dayandırılacaq.