Biləsuvar rayonunda şəhid gizir 1994-cü il təvəllüdlü Əlizadə Tahir Qəribəli oğlu dəfn edilib.
Rakus.az xəbər verir ki, “Report”un məlumatına görə, bir ay əvvəl ağır yaralanan gizir həkimlərin səyinə baxmayaraq, bu gün xəstəxanada vəfat edib.
Şəhid bu gün şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və şəhidin yaxınları iştirak edib.
Allah rəhmət eləsin!