İqtisadi 17.03.2020 19:00

Bir həftədə 495 milyard dollar ziyana düşdülər

Neftin qiymətindəki ucuzlaşma səbəbindən dünyanın 14 ən böyük neft şirkətinin bazar dəyəri ötən həftə 495 milyard dollar azalıb.

Rakus.az xəbər verir ki, dünyanın ən dəyərli şirkəti olan Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun bazar dəyəri 230 milyard dollar azalıb. Rusiyanın neft şirkətlərinin səhmlərinin qiyməti 20 faizdən çox ucuzlaşıb, ABŞ-ın 6 ən böyük neft şirkətinin bazar dəyəri ümumilikdə 97 milyard dollar geriləyib.

Neft qiymətlərinin ötən bazar ertəsi təxminən 30 faiz azalaraq 31 dollara düşməsi və son 4 ilin ən aşağı səviyyəsinə enməsi dünyanın nəhəng neft istehsalçılarının səhmlərinin qiymətlərinə və bazar dəyərlərinə təsir göstərir.

On dörd nəhəng neft şirkətinin səhmləri və bazar dəyəri müqayisə edildikdə “Saudi Aramco” ən çox bazar dəyərini itirən şirkət olub. “Saudi Aramco”nın səhmlərinin dəyəri martın 8-12-də “Tadawul” birjasında 12,1 faiz düşüb, şirkətin bazar dəyəri isə 230 milyard dollar azalıb.

“Saudi Aramco”dan sonra bazar dəyərində ən çox itki olan neft şirkəti “Royal Dutch Shell” olub. Martın 9-13-də şirkətin bir səhminin dəyəri 30,8 faiz azalıb, bazar dəyəri 48,3 milyard dollar geriləyib.

Hesabat dövründə Fransanın “Total” neft-qaz şirkətinin bazar dəyəri 33,7 milyard dollar, səhmlərinin qiyməti isə 29,9 faiz azalıb. BP-nin səhmlərinin qiyməti 30,1 faiz, bazar dəyəri 29,5 milyard dollar geriləyib. İtaliyanın “Eni” şirkətinin səhmlərinin qiymətində 32,4 faiz və bazar dəyərində isə 13,5 milyard dollar azalma qeydə alınıb. Norveçin “Equinor” şirkətinin bazar dəyəri 12,7 milyard dollar azalıb, səhmlərinin qiyməti 27,2 faiz ucuzlaşıb.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin iclasında Səudiyyə Ərəbistanı ilə hasilatı azaltmaq barədə qərar qəbul edə bilməyən Rusiyanın neft şirkətlərindən “Rosneft” və “LUKoil” da səhmlərinin qiymətini və bazar dəyərlərini itirib. Moskva birjasında martın 10-13-də Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft”in səhmlərinin qiyməti 32,2 faiz ucuzlaşıb, bazar dəyəri isə 19 milyard dollar azalıb. “LUKoil” şirkətinin səhmlərinin qiymətində 21,1 faiz, bazar dəyərində 11 milyard dollar azalma qeydə alınıb.

Çində yaranan və dünyaya yayılan koronavirus səbəbindən Nyu-York birjası 2008-ci ildən bəri ən böyük həftəlik itkisini yaşayıb. Virusun neft tələbatını azaltması, eləcə də “OPEC+”un qərarı ilə əlaqədar bazarda yaranacaq tədarük bolluğuna dair gözləntilər fonunda ABŞ-ın neft şirkətlərinin də səhmlərinə zərbə dəyib. Belə ki, martın 9-13-da ABŞ-ın 6 ən böyük neft şirkətinin bazar dəyərində ümumilikdə 97 milyard dollar azalma olub. “ExxonMobil” şirkətinin səhmlərinin qiyməti 20,1 faiz, bazar dəyəri 40,5 milyard dollar azalıb. 22,4 milyard dollar itirən “Chevron”un səhmlərinin qiyməti 12,5 faiz ucuzlaşıb. “ConocoPhillips”in səhmlərinin qiymətində 30,8 faiz, bazar dəyərində isə 15,1 milyard dollar azalma olub.

Hesabat dövründə “Halliburton”un səhmlərinin qiyməti 45,3 faiz, bazar dəyəri 5,2 milyard dollar, “Schlumberger”in səhmlərinin qiyməti 32,2 faiz, bazar dəyəri 10,7 milyard dollar azalıb. “Baker Hughes” isə bazar dəyərini 3,4 milyard dollar itirib, şirkətin bir səhminin qiyməti 20,8 faiz ucuzlaşıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO