İdman 20.11.2019 08:58

Bir xalla mən də xoşbəxt deyiləm – Yurçeviç

Bakı. Rakus.az

Millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin sonuncu turunda Slovakiyaya 0:2 hesablı məğlubiyyəti şərh edib. Xorvatiyalı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

– Slovakiya yığmasını layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə onlar üçün yetərli olmadı və indi AÇ-yə çıxmaq üçün Millətlər Liqasında mübarizə aparacaqlar. Xeyli problemlərimiz var idi. Zədəlilərdən savayı, Eddi də fasilədə əvəzlənməsini istədi. İkinci hissədə Elvin Camalov meydana daxil oldu və fikrimcə, yaxşı oynadı. İlk 45 dəqiqədə topa nəzarət edə bilmirdik. Fasilədən sonra oyunumuz daha yaxşı alındı. Hətta 82-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, istifadə edə bilmədik. Ardınca isə biz qol buraxdıq. Hər şeyə görə, təşəkkür edirəm.

– Şəhriyar Rəhimovun hansı xüsusiyyəti sizi cəlb edir ki, hər dəfə milliyə cəlb edirsiniz?

– Onun taktiki keyfiyyətləri məni razı salır. O, Slovakiyaya qarşı oynamağa layiq idi.

– İsrafilov nə ilə yadda qaldı? Nəzərə alsaq ki, o, toplanışa yalnız dünən qoşulub, bu, düşərgədə olan futbolçulara qarşı haqsızlıq deyil?

– Sizi anlayıram, amma o, fiziki baxımdan ən yaxşılar sırasındadır. Ancaq fasilədə özü müraciət edib bildirdi ki, emosional baxımdan özünü pis hiss edir və onu əvəzləməli olduq.

– Fasilədən dərhal sonra Renatı meydana buraxmaq daha yaxşı olmazdımı? Emin Mahmudova nəyə görə son iki oyunda da şans tanımadınız?

– Hər dəyişikliyi izah etməli olsaq, çox vaxt gedər. Fasilədə əvəzetmə etmək fikrində deyildik. Emini də oyuna salmaq istəyirdim. Hətta ona tapşırdım ki, hazırlaşsın da. Ancaq oyunun gedişatı Təmkinə daha böyük zərurət yaratdı. Eminə ən azı 30 dəqiqə şans vermək niyyətində idim, amma fasilədəki əvəzetmə bu planları təxirə saldı.

– Bu seçmə mərhələni bir cümləylə necə ifadə edə bilərsiniz?

– Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Bir xalla mən də xoşbəxt deyiləm. Ancaq razı qaldığım odur ki, milliyə xeyli gənc futbolçu gəldi. Keyfiyyətli rəqiblərlə oynadıq, bir çoxunda xala yaxın olduq (Report).

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO