Təhlil 21.11.2023 14:44

Birbaşa danışıqlar təşəbbüsü – Vaşinqtonun sual doğuran səmimiyyəti – TƏHLİL

Beynəlxalq ictimaiyyət Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı rəsmi Bakının mövqeyini dəstəkləyəcək. Çünki ən optimal təklifləri o təqdim edib. Rəsmi İrəvan isə onları ya cavablandırmayıb, ya da cavab xətinə növbətçi bir yazı təqdim edib.

Ermənistanın vaxtı uzatma, saxta sülhsevər açıqlamaları və başqa bu kimi münasibəti belə təəssürat yaradır ki, havadarları, yaxud sponsorları ona yenə vəd verib, arxayın salıblar.

Uzun illərdir Ermənistan-Azərbaycan münasibətinin normallaşmasına başlıca mane Moskva və onun İrəvanda hakimiyyətdə olan nümayəndələri sayılırdı. Onunla paralel Fransadakı hakimiyyətin də bu istiqamətdə fəaliyyəti görünən qədər idi. Nikol Paşinyan hakimiyyətə gətirildikdən sonra rollar dəyişməyə başlayıb. İndi Ermənistana vədlər verib, başının altına yastıq qoyan Fransadır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində bu məsələdən bəhs edib:

“Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.

Dövlət başçısı vurğulayıb ki, Fransa Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır.

Son zamanlar ABŞ da özünü Fransa kimi aparmağa səy göstərir. Noyabrın 15-də Konqresin Yuxarı Palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləyib. Bu sənəd ABŞ Prezidentinə Azərbaycanla bağlı “907-ci düzəlişi” dayandırmağa icazə vermir. “Azadlığa Dəstək Aktı”na edilən “düzəliş” ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Qərar Nümayəndələr Palatası tərəfindən təsdiq edildikdən sonra Prezident tərəfindən imzalanmalıdır. Xatırladaq ki, “907-ci düzəliş” 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılırdı.

Ancaq ABŞ Dövlət Departamenti mətbuat xidmətinin katibi Metyu Millerin gündəlik brifinqdə verdiyi açıqlama rəsmi Vaşinqtonun mövqeyinə korrektdə etdiyi ehtimalını irəli sürməyə əsas verir.

Rəsmi Bakı dəfələrlə Ermənistanla ikitərəfli danışıqlar təklif edib. Çünki ikitərəfli danışıqlarda daha çox Azərbaycan və Ermənistanın maraqları təmin oluna bilər. Bunun nəticəsi olaraq iki tərəf arasında normallaşma prosesinin başa çatması regional və qlobal təhlükəsizliyin təmin olunmasını gücləndirər, dayanıqlı edər.

Metyu Miller bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları vacib sayır, bununla yanaşı, başqa dövlətlərin də səyinə qarşı deyil: “Ermənistan və Azərbaycanın regionun rifahı naminə problemləri müzakirə etməsi və birbaşa həll etməsi vacibdir”.

O, iki ölkənin razılığa gəlməsi üçün təkbətək danışıqların vacibliyinə inandıqlarını vurğulayıb.

Millerin açıqlaması perspektivdə ABŞ tərəfindən dəstəklənərsə, habelə Fransa hakimiyyəti kimi pozucu ünsürlərin məsləhətlərinə Ermənistan məhəl qoymazsa, o zaman uğur əldə etmək mümkündür. Başqa sözlə, Azərbaycanla Ermənistanın birbaşa, ikitərəfli danışıqlara başlaması üçün Fransa başda olmaqla Avropa İttifaqının müzakirələrdən kənar saxlanılması vacibdir. Çünki həm rəsmi Paris, həm də İttifaq son 3 ildə, xüsusən Qranada görüşü ilə bağlı atdığı addımla etibarını itirib.

Odur ki, Dövlət Departamenti təklifində səmimidirsə, ilk növbədə Fransanın Ermənistan-Azərbaycan normallaşma prosesinə qərəzli yanaşmasını neytrallaşdırmağa yardım etməsi də vacibdir. Məsələnin başqa bir tərəfi isə rəsmi Bakı ilə İrəvan arasında danışıqlara ev sahibliyi, yaxud vasitəçilik edəcək ölkənin, təşkilatın beynəlxalq səviyyədə üstünlüyünü nümayiş etdirməməsidir. Çünki bu halda prosesə üçüncü tərəfin də maraqları əlavə olunur. Bu şəraitdə isə danışıqlar yarımçıq qalır, ev sahibliyi və ya vasitəçilik edəcək tərəfə etimad itəcək.

Son 3 ildə danışıqların nəticə verməməsinin ən başlıca səbəbi üçüncü tərəfin problem yaratması olub. Odur ki, Metyu Millerin ikitərəfli danışıqlarla bağlı açıqlaması keçərli sayıla bilər. Bu halda tərəflər müzakirə edəcəkləri mövzuları hazırlayar, qəbul edilən qərara təminatçıya, qarant ölkəyə də ehtiyac yaranmaz. Bu halda tərəflər arasında etimad mühiti də yaranar. Beləliklə, 30 il ərzində özünü doğrultmayan 3 və daha çoxtərəfli formatda görüşlər bundan sonra da çətin uğur qazana. Odur ki, ən optimal variant ikitərəfli görüşdür. Dövlət Departamentinin açıqlamasında səmimilik ABŞ Prezidenti Cozef Baydenin “S. 3000” qanun layihəsini imzalamamasından da görünər.

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Təhlil / 21.11.2023 14:44
Birbaşa danışıqlar təşəbbüsü – Vaşinqtonun sual doğuran səmimiyyəti – TƏHLİL
Mədəni, Siyasi / 21.11.2023 14:26
Erməni tarixçi-etnoqrafın İrəvan teatrı ilə bağlı etirafı – ANONS
Elm və təhsil / 21.11.2023 12:08
BDU-da Göyçə mahalında kitabxana işi adlı seminar keçirilib - FOTO
Müsahibə / 20.11.2023 20:01
“Qərbi azərbaycanlıların pozulmuş hüquqları ilə bağlı beynəlxalq hesabat hazırlanır” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni / 20.11.2023 17:13
“Nəsil ağacı” filmi gənclər üçün nümayiş olunub - FOTO
Gündəm / 20.11.2023 00:02
Erməni terroru – Qarakənd faciəsindən 32 il ötür
Elm və təhsil / 19.11.2023 10:38
Ardanış orta məktəbini bitirənlər 50 il sonra görüşdülər - FOTO
Maraqlı, Sosial / 18.11.2023 20:13
Ağbulaq camaatı kəndi ermənilərdən necə qoruyub? - FOTO - VİDEO
Sosial / 18.11.2023 12:54
Təməli XVI əsrdə qoyulan Ağbulaq kəndi – ANONS
Siyasi, Təhlil / 18.11.2023 10:00
İrəvan-Bakı arasında birbaşa dialoq kimlərə sərf etmir? – TƏHLİL
Hadisə, Maraqlı, Sosial / 17.11.2023 19:59
“Balaca erməni uşaqları bizə türkes deyib daş atırdılar” - FOTO - VİDEO
Dünya, Təhlil / 17.11.2023 16:39
Doqquz sentə dəyməyən “907-ci düzəliş” – TƏHLİL
Mətbuat, Siyasi / 17.11.2023 16:20
“Qərb Rusiyanı Ermənistandan çıxarmağa köklənib” – Fuad Hüseynəliyev
Maraqlı, Sosial / 17.11.2023 13:25
“Ermənilər işıqları söndürür, insanları qorxudurdular” – Elzadə Süleymanovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 17.11.2023 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
İqtisadi, Sosial / 16.11.2023 20:15
İrəvan azərbaycanlılara qarşı “gizli silahı” işə saldı - FOTO - VİDEO
İqtisadi, Siyasi / 16.11.2023 14:36
Ermənistanın Qərbi Azərbaycanda “gizli silahı” – ANONS - VİDEO
Maraqlı, Siyasi / 15.11.2023 19:54
Yunanlar Allahverdi rayonuna nə üçün gəlmişdilər? - FOTO - VİDEO
Hadisə, Sosial / 15.11.2023 13:17
“Allahverdi rayonu – Daşların yaddaşına yazılmış tarix” – ANONS
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO
Gündəm / 12.11.2023 00:03
Bu gün Konstitusiya Günüdür
Siyasi, Təhlil / 09.11.2023 20:05
Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO