Birjalarda neftin qiyməti
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,99 ABŞ dolları, yaxud 12,04% azalıb.
Rakus.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 21,85 ABŞ dolları təşkil edib.
“Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Londonun ICE birjasında “Brent” neftinin bir barrelinin qiyməti gün ərzində 6,5 faiz ucuzlaşaraq 24,63 dollara düşüb.
“Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 5,35 faiz ucuzlaşaraq 21,39 dollara geriləyib.
Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub. Martın 9-da “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.