Birjalarda neftin qiyməti
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Rakus.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,70 dollar artaraq 51,37 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 46,15 dollar təşkil edib.
Ümumiyyətlə, keçən həftə dünya birjalarında “qara qızıl”ın neftin qiymətində 16 faiz ucuzlaşma qeydə alınıb.
Ucuzlaşmaya səbəb müxtəlif ölkələrdə yayılan koronavirusun qlobal iqtisadi artıma, həmçinin neft tələbatına mənfi təsir etməsidir.
Enerji bazarı isə martın 6-da OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrinin (“OPEC+) Vyanadakı toplantısına fokuslanıb. İclasda neft hasilatının azaldılmasına dair mövcud saziş üzrə istehsal kvotalarına dəyişikliyin edilməsi gözlənilir.
Xatırladaq ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 51,57 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 46,32 dollara satılır.