Biz bu virusu hərbi hissələrə daşıya bilmərik – Ziyafət Əsgərov
“Milli təhlükəsizlik millətin genefondu məsələsidir. Mən bu virusu bəşəriyyətə qarşı müharibə elan edirəm. Artıq BMT-nin üzvü olan dövlətlərdə bu virus var. Bu virusu proqnozlaşdırmaq mümkün deyil. Artıq bir çox dövlətlər bu virusa qarşı mübarizəyə başlayıb”.
Rakus.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O xatırladıb ki, Azərbaycanda ildə 4 dəfə həqiqi hərbi xidmətə çağırış olur:
“Hazırkı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 31-nə qədər uzadılır. Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə, bunun qarşının ala bilmərik. Biz iki virusa qarşı mübarizə aparırıq. Həm ermənilərə, həm də COVİD-19-a qarşı. Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər. Dəmir nizam-intizam olmasa pis olacaq”. (report.az)