“Biz hazırlıqlı olmağa çalışırıq” – TƏBİB rəsmisi
“Əgər lazm olarsa, daha çox həkimləri cəlb etməyə çalışacağıq. Ancaq hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin bölüşdürülməsi üçün edilib”.
Rakus.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva ÜST-nin missiyasının yekunlarına dair keçirilən virtual mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bütün dünyada belə praktika var: “Koronavirus xəstəliyi yeni olduğundan ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər iş başında praktikanın bölüşdürülməsinə, öyrənilməsinə çalışılır. Virusun özünün necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq”.