Sosial 31.08.2019 12:35

Bizi bağışla ki, səmaya baxa bilək – Tələbə yazır

Az qala, 40 gündür, gündəmin əsas məsələlərindən biri şəhid pilot, polkovnik-leytenant Rəşad Atakeşiyevin həlak olmasıdır. Fotoları sosial şəbəkələrdə paylaşılır, haqqında video süjetlər hazırlanır. Elə mən də onu beləcə tanıdım. Halbuki indiyə kimi nə adını eşitmişdim, nə də üzünü görmüşdüm. Xeyli müddətdir ki, onun yaxınlarından, əzizlərindən bir neçəsini tapıb söhbətləşmək, xatirəsi barədə yazmağı planlaşdırırdım. Allah şahiddir, çalışdım da. Bəzi adamlara yazdım, soruşdum. Düzdür, məqsədimə çata bilmədim. Lakin yenə də yazacam…

Ən çox müzakirə olunan məqam “sirrli” ölümün səbəbidir. Hərə bir fikir səsləndirir, hadisəni bilən də, bilməyən də nə isə “kəşf edir”. Rəsmi məlumat bundan ibarətdir ki, təyyarə havada olarkən quş və ya quş dəstəsilə toqquşub. Ekspertlər isə bu versiyanı qəbul etmir, fikirlərini Rəşad Atakişiyevin peşəkar pilot olması ilə əlaqələndirirlər. Necə olub ki, o, qabaqlayıcı bir tədbir görə, ən azından katapult edə bilməyib? Həm də deyirlər ki, ilin bu fəslində, özü də gecə vaxtı, dəniz məsafəsindən o qədər hündürlükdə quşlar köç etmir. Hadisəni Rusiya və İran tərəfi ilə əlaqələndirənlər də var. Nə bilim, vallah. Kim nə deyirsə, pilotumuzun həlak olmasını ictimaiyyətə necə təqdim etmək istəyirsə, bir özü bilsin, bir də Allahı. Bütün bunlar məni o qədər maraqlandırmır. Fərqi nədir, niyə oldu? Əsas odur, biz onu qoruya bilmədik. Rəşad Atakişiyev daha təyyarəsinin sükanı arxasına keçərək, səmaya qalxa, yeri kilometrlə yuxarıdan izləyə bilməyəcək. O, indi daha yuxarıda, ən ali qatda-Şəhidlik zərvəsindədir.

Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun hazırkı Qılıncbəyli kəndində anadan olub. İlk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonu Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş Mühəndisi” ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.

2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real Tv -də yayımlanan “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib. Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Bundan əlavə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

Yuxarıdakı iki abzas vikipediayada Rəşad Atakişiyev haqqında yazılanlardır. Həmçinin qeyd olunur ki, Bakı vaxtı ilə iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiya mütəxəssis və avadanlıqlar cəlb olunub. Avqustun 19-da verilən məlumata görə, təyyarənin qara qutusu tapılıb. 20 avqust tarixində isə pilotun nəşi tapılıb. 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi ikinci Fəxri xiyabanda dəfn edilib.

Bütün bunları dəfələrlə oxudum. Düşündüm, bəlkə, hadisənin dəqiq səbəbi də yazıla və sosial şəbəkələrdə paylaşaraq bütün dedi-qodulara son qoymaq mümkün ola. Amma yox, rast gəlmədim. Elə bu qeydləri həm də ona görə qələmə alıram ki, bəlkə, bundan sonra camaat başa düşə, boş-boş fərziyyələr uydurmaq əzizlərinin hissləri ilə oynamaqdan, mərhumun xatirəsinə hörmətsizlikdən başqa bir şey deyil.

Şəhid-pilot hər uçuşdan əvvəl adəti üzrə “Uçuşa hazıram!” deyərdi. Son dəfə də belə oldu. Hər şeydən xəbərsiz şəkildə səmaya qalxdı… Amma biz buna hazır deyildik, cənab polkovnik-leytenant. Səmamız sənsiz qaldı.

Deyirdin, təyyarə idarə etmək maşın sürməkdən o qədər də fərqlənmir. Fərq ondadır ki, maşını yerdə yox, havada sürürsən. Bəlkə də, göylər daha pak, təmizdir. Hər halda bir rənglidir. Daha yer kimi deyil. Bir də, göylər hər insanı qəbul eləmir. Ancaq özü kimi olanları-məğrurları ağuşuna alır.

Məğrur görkəmini itirmə, Rəşad Atakişiyev! Bəlkə də, bizdən bir az incimisən. Fikirləşirsən, indi də məni müzakirə subyektinə çeviriblər. Yazırlar, onun kimi mütəxəssis kotapultdan istifadə edə bilmədi. Amma nə olar, bizi bağışla, polkovnik-leytenant. Bağışla ki, başımızı qaldırıb səmaya baxa bilək.

P.S: Bacardığımı yazdım. Əlimdən gələn bu idi. Əslində buna borclu olduğumu başa düşürəm. Gərək hamı öz vəzifəsini yerinə yetirsin-özü də şərəflə, ləyaqətlə. Eyni ilə sənin kimi.

Kənan Novruzov, 

BDU-nun jurnalistika fakültəsinin tələbəsi

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO