Siyasi 04.09.2023 20:05

“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” - VİDEO

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Əməkdar incəsənət xadimi, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov olub.

O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Muğru bölgəsinin Maralzəmi kəndindən, uşaqlıq, yeniyetməlik, gənclik illərindən söhbət açıb. Bildirib ki, Maralzəmidə keçirdiyi günlər ən əziz xatirə kimi bu gün də yaddaşındadır. O, babası Sultan Yüzbaşının Zəngəzurun sayılıb-seçilən ağsaqqallarından, hörmətli şəxsiyyətlərindən olduğunu, 1918-ci ildə ailəsi ilə birlikdə deportasiya edildiyini, sovet hakimiyyəti qurulduğu illərdə təkrar Maralzəmiyə qayıtmaq üçün hazırlıq gördüyünü, Bahar çayına düşərək həlak olduğunu söyləyib. Vurğulayıb ki, nənəsi Zinət xanım, anası Süsənbər xanım o dövrlərdə ailənin yaşadığı çətinlikləri, şahidi olduqları erməni vəhşiliklərini uşaqlarına, nəvələrinə nəql ediblər.

“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi”, – söyləyən H.Orucov qeyd edib ki, hər il başa çatanda anası Süsənbər xanım əlini göyə açıb şükür edirmiş ki, bu il öz dədə-baba yurdlarından didərgin düşməyiblər, zorla köçürülməyiblər. H.Orucov 1948-53-cü ilin deportasiyasında ailəsinin zorla köçürülməsini, çoxsaylı məşəqqətlərə qatlaşdığını dilə gətirib.

Qərbi Azərbaycanda təhsil aldığı müddətdə, “Sovet Ermənistanı” qəzetində, İrəvan Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başladığı dövrlərdə ermənilərin azərbaycanlılara qarşı münasibətindən söhbət açan H.Orucov deyib ki, hər addımda ayrı-seçkiliyi, azərbaycanlılara yanaşmada dözümsüzlüyü hiss ediblər.

H.Orucov İrəvanda Azərbaycan teatrının yaranmasından, bunun tarixi əhəmiyyətindən, onun fəaliyyətindən, sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin teatr kollektivinə dəstəyindən də danışıb: “İrəvanda Azərbaycan teatrının yaranması böyük tarixi hadisədir. Bu mədəniyyət ocağının tarixi həm də onun göstəricisidir ki, Azərbaycan türkləri bu yerlərin əsl sakinləridirlər, mədəni, ictimai-siyasi sferada böyük tarix yazıblar, yaradıblar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə ulu öndər Heydər Əliyevin daim dəstəyi var idi. Biz həmişə bu dəstəyi üzərimizdə hiss edirdik. Ümumiyyətlə, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsindən sonra Ermənistanda azərbaycanlılara qarşı təhdid və təzyiqlər nisbətən azalmışdı. Amma ayrı-seçkilik yenə də özünü göstərirdi. Misal üçün, azərbaycanlı kadrları Ermənistanda işlə təmin etmirdilər. Onlar da məcbur qalıb Azərbaycana gedir, orada işləyirdilər. Azərbaycanlılara məxsus yer adlarını, toponimləri dəyişir, erməni adları qoyurdular. Bunun özü də bir təzyiq, tarixi saxtalaşdırmaq cəhdi idi. İndiki Ermənistan ərazisində dövlət səviyyəsində çoxsaylı toponim cinayətləri törədilib. Bunun kimi çoxsaylı faktlar sadalamaq olar”.

H.Orucov 1988-ci ildə erməni millətçilərinin azərbaycanlılara qarşı deportasiya siyasətinə ilk etiraz edən ziyalı kimi Ermənistan SSR-in “Əməkdar mədəniyyət xadimi” fəxri adından imtina etməsindən də danışıb. Bildirib ki, xalqına qarşı olan qeyri-insani münasibət fonunda belə bir fəxri adı daşıya bilməz, vicdanı rahatlıq tapa bilməzdi. Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunan H.Orucov vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımıza dair çıxışları, səsləndirdiyi fikirləri, qəbul etdiyi qərarları ilə xalqımızın tarixi yaddaşını yeniləyir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO