İdman 10.06.2020 19:34

 “Bizim işimizdə xatalar qaçılmazdır” – Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov futbolçu karyerasında ona verilən “avtoqol” ləqəbindən danışıb.

Rakus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “Report”a müsahibəsində belə bir ləqəbin Azərbaycan millisinin Bakıda İtaliya ilə keçirdiyi AVRO-2004-ün seçmə oyununda onun öz qapısına qol vurması səbəbindən verildiyini bildirib.

Veteran müdafiəçi bu cür səhvlərin normal hal olduğunu söyləyib: “Bizim işimizdə səhv və xatalar qaçılmazdır. Bu, təkcə iş həyatımızda deyil, şəxsi həyatımızda da baş verir. Həmin səhv İtaliya ilə oyunda baş vermişdi. Komanda yoldaşımın səhvini sığortalamaq istəyərkən topu öz qapımızdan keçirdim. Amma bu, artıq keçmişdə qalıb. Məndən dahi futbolçular, dünya çempionları, Çempionlar Liqasının qalibi olan, adlarını dünya futbol tarixinə qızıl hərflərlə yazdıran oyunçular belə, bu səhvləri ediblər. Mən heç vaxt etdiyim hərəkətə görə peşman olmamışam. Nə də etdiyim yaxşılıqlarla fərəh duymamışam”.

Azərbaycanlı futbolçular arasında Əhmədovdan daha çox avtoqol müəllifi olmuş kifayət qədər oyunçu var. Baş məşqçi bu ləqəbin niyə məhz ona verilməsinin səbəbini də açıqlayıb: “Sovet dövründən qalan Vidadi Rzayev, Yunis Hüseynov, Vəli Qasımov, Nazim Süleymanov kimi as futbolçular karyeralarını bitirmişdi. Həmin ərəfədə üzdə olan oyunçulardan yalnız mən qalmışdım. Milliyə yeni simalar cəlb olunurdu. Bəlkə də o dönəmdə köhnə nəsildən yeganə futbolçu olduğum üçün o səhv mənim adıma yazıldı. Kimin neçə dəfə avtoqol etməsi mənim maraq dairəmdə deyil. Bilirəm ki, nə qədər futbol var, səhvlər də olacaq. Qarışıqlıqda top başa və ya ayağa dəyib qapıdan keçə bilər”.

Əhmədovun sözlərinə görə, bu hadisəyə görə uzun müddət stress keçirib: “Açığı, futboldan getmək istəyirdim. Dönəm elə idi ki, insanların futbol baxışı tamamilə dəyişirdi. Bizim nələr çəkdiyimizi heç kim bilmirdi. “Avtoqol” ləqəbi mənə verilsə də, bizdə öz qapısına daha çox qol vuran futbolçular var. Deyirlər, Rəşad Sadıqov 4 dəfə avtoqol edib. Amma biz futbolçunun öz qapısına vurduğu qolları yox, futbolumuz üçün etdiklərini deməliyik. Tərlanın 1, Rəşadın 4 səhvinə yox, oyunlarımıza qiymət vermək lazımdır. Lakin onu da deyim ki, bu səhv, ləqəb mənə nə qədər pis təsir bağışlasa da, bir o qədər reklam oldu. Məni daha çox gündəmə gətirdi. Görünür, belə olmağı məqsədəuyğun imiş”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO